Icma.az
close
up
RU
Vidadi Rzayev: Gəncə futbolunu oyuncağa döndəriblər MÜSAHİBƏ

Vidadi Rzayev: Gəncə futbolunu oyuncağa döndəriblər MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz"in veteran futbolçusu Vidadi Əhmədovun Sportnet.az-a müsahibəsi

- "Kəpəz"in Azərbaycan Premyer Liqasına 2 məğlubiyyətlə başlamasını necə dəyərləndirərdiniz?

- Əlbəttə, ardıcıl 2 məğlubiyyət "Kəpəz"ə yaraşmayan nəticədir. Bir "Kəpəz" azarkeşi, futbola X sinifdən burada başlayan veteran futbolçu kimi Qərb bölgəsinin tarixi komandasının belə vəziyyətdə olması heç ürəkaçan deyil. Ona görə də çox məyus oldum. Xüsusən də "Karvan-Yevlax"a məğlubiyyətdən. "Karvan-Yevlax" da yeni yığılan komandadır. Lakin "Kəpəz" belə vəziyyətdə olmamalı idi.

- Nəyə görə?

- "Kəpəz"də elə legionerlər var idi ki, onlar qalaraq, davam etməli idilər. Lakin onların hamısını ucdantutma çıxardılar və yerlərinə yenilərini gətirdilər. 5-10 futbolçunu çıxarıb o qədər oyunçu gətirirlərsə, deməli, orada maxinasiya, maliyyə yeyintisi var. Başqa klublarımıza baxın, onlarda belə proseslər getmir. 3-5 futbolçunu dəyişmək olar, amma hamısını göndərib tez-tələsik 10-12 futbolçunu yığırlarsa, orada baş məşqçidə, oyunçularda günahkar görmürəm. Günah onları ora götürənlərdədir. Adil Şükürov həmkarımdır, ona uğurlar arzulayıram. Amma müsahibəsində deyir ki, sağ və sol cinah yarımmüdafiələri, hücumçu çatışmır. 2 aydır birlikdə çalışırlar, hələ transfer məsələsini qurtarmayıblar.

- Rəhbərliyin rolunu nədə görürsünüz?

- Deməkdən yoruldum, deyirəm və yenə təkrar edirəm: Orada adlar dəyişdi, yer dəyişmədi. Guya sponsor gəldi, hərəsi bir şey düzəltdi. Amma hamısı yerində qalır. Köhnə hamam, köhnə tas. Beləcə davam edirlər. "Kəpəz" bu cür olmamalı idi. Hər halda futbolçularda heç bir günah yoxdur. Günah onları gətirəndədir. "O olmasın, bu olsun" filmindəki məşhur suala gəlib çıxır. Bunları komandaya götürəndə baxmırsınız ki, bu nədir, nə deyil?! Futbolçunu bəyənib götürmək lazımdır.

- Növbəti oyun "Zirə"yə qarşıdır...

- Uğurlar arzulayıram. Amma "Kəpəz" çox da ürəkaçan durumda deyil. "Zirə"yə də xal lazımdır. Lakin "Kəpəz" belə oynamamalıdır.

- Yeni yığılan komandadan nə gözləyirsiniz?

- Məşqçilər heyətinin o futbolçulardan yaxşı kollektiv formalaşdıracaqları çətin görünür. Hər halda bunu dəqiq deyə bilmirəm. Hələ yeni yığılıblar, yenicə birlikdə oynamağa başlayırlar. Hələ yaxşılığa doğru heç nə görünmür. O futbolçuları götürərək, uğur əldə edə bilmirlərsə, günah məşqçilərdədir. Adil Şükürov futbolçuları məşqçilər heyətinin seçib-götürdüyünü bildirir. Elədirsə, uğursuz çıxış edəcəkləri halda, məsuliyyət həmin məşqçilərin üzərinə düşəcək. Amma rəhbərlik də yerində deyil.

- Çıxış yolunu nədə görürsünüz?

- "Kəpəz"də köklü dəyişikliklər olmalıdır. Normal insanlar, normal rəhbər, normal sponsor gəlməlidir. Hamı deyir ki, sponsor gəlib, amma sponsorların heç biri yoxdur. Sanki Sakit okeanı keçib gəlirlər. Belə "Kəpəz" olmur! Artıq 12 legioner transfer ediblər. 13-cü legioner alsalar, AFFA-ya 100 000 manat ödəməlidirlər. "Maliyyə yoxdur" deyirlər, çətin bir durumdur. Bu, İlqar Nadirinin vaxtından gələ-gələ gedir. Baş məşqçi komandanı Premyer Liqada saxlayır, lakin onu çıxarıb başqasını gətirirlər. Yəni, rəhbərlik də yerində deyil. "Kəpəz" kimi köklü, tarixi komandanı bu vəziyyətə salmaq olmaz.

- Hələ Premyer Liqa yenicə başlayıb, cəmi 2 tur arxada qalıb. Bəlkə bir qədər vaxt verib gözləmək lazımdır?

- Axı, gözəgəlimli oyun da yoxdur. Problem yoxdur, gözləyək. Özüm "Kəpəz"də çox da oynamamışam, karyeramın böyük hissəsi "Neftçi"də keçib. Lakin futbola ilk başladığım komanda olduğu üçün "Kəpəz" mənə doğmadır. "Kəpəz"də köhnə rəhbərlikdən kim varsa, hamısı getməli, təmizlənməlidir. Çünki rəhbərlik yerində deyil, futbol adamı deyil. Onların hamısı ucdantutma "Kəpəz"dən getməlidir. Bunun başqa yolu yoxdur. Növbəti oyunlarda da uğurlar arzulayıram.

- Sizcə, azarkeşlər nəyə görə daha yüksək tələblər irəli sürürlər?

- Mən də orada işləsəydim və barəmdə nə isə yazsaydılar, haqları var idi. "Kəpəz" sırf köklü komanda olmalıdır. Komandanın Premyer Liqada qalmaq üçün mübarizə aparması gülünc haldır. Əvvəllər derbi deyəndə "Neftçi" - "Kəpəz" rəqabəti yada düşürdü. İndi isə baş məşqçilər komandanı çempionatda saxlamaq üçün işləyirlər. Lakin saxlayandan sonra da göndərilirlər. "Kəpəz" indi yiyəsiz klub kimi bir şeydir.

- Adil Şükürov "Kəpəz"də futbolçuların bazada qalmaları və qidalanmaları üçün şəraitin yaradıldığını bildirib. İndiyədək belə hal olmayıb?

- Görün nə gündəyik də... Müsahibə verirlər ki, komanda bir yerdə yemək yeyir. Hələ bunu indi edirlər. Gülünc bir şeydir. Maliyyə "Şamaxı"da da, "Karvan-Yevlax"da da, "İmişli"də də eynidir. Sponsor isə ortalıqda görünmür. Ehtiram Quliyev "Turan Tovuz"u götürdükdən sonra bilinir ki, AFFA nə qədər ayırır, özü nə qədər. "Kəpəz"də isə bilinmir nə var, nə yox. Digər klublar mübarizə apararaq uduzurlar, xal alırlar. "Kəpəz" isə belə vəziyyətə düşüb.

- "Rəhbərlik dəyişməlidir" deyəndə kimləri nəzərdə tutursunuz?

- Konkret, İlqar Nadiri getməlidir. Onun haqqında demədiyimiz sözlər qalmadı. Hansı maxinasiyalar etdikləri, necə pul yedikləri hər yerdə danışılıb. Bir dəfə müsahibəmdə "Kəpəz"i market kimi işlətdiklərini demişdim. Elə də davam edir. Biz veteranlar və azarkeşlər komandanın düşməni deyillər. Sadəcə, normal, döyüşkən, qalib komanda görmək istəyirik. Uduzmaq da olar, amma belə dişsiz formada yox! "Sumqayıt"a, "Karvan-Yevlax"a uduzduqları kimi yox! Yeni rəhbərliyin nə etdiyini bilmirəm, amma köhnə rəhbərlik də hələ yerindədir. Hərə öz yerini bilsə, nəsə olacaq.

- "Klubu market kimi işlədirlər" ittihamınızın arxasında nə durur?

- "Kəpəz"də bütün oyunlar, maliyyə yeyintilərinin hamısı transferlər üzərindədir. Ona görə də Tərlan Əhmədov və Azər Bağırov eyni aqibəti yaşadılar. Rəhbərlik istəmir ki, transferlər baş məşqçilərin nəzarətində olsun. O qədər oyunçunun gəlib-getməsi maliyyə fırıldağıdır. Ağırlıqqaldıran Cabir İbrahimovun futbolda nə işi var idi? Onun futboldan anlayışı varmı? Kimdir o karuseli idarə edən? Gəncə futbolunu oyuncağa döndəriblər. Bunlara niyə göz yumurlar? İlqar Nadiri olsun. Deyir ki, futbolu məndən yaxşı bilən yoxdur. Düz deyir. Yeyinti növlərini yaxşı bilir. Nə qədər yerlərə borcları var idi, UEFA-dan atrılan 400 000 manatadək pulu əsas komandanın borclarına verdilər, qalanlarını da yeyib-dağıtdılar.

- Erkin İbrahimovun klubdan gah getdiyini, gah da qayıtdığını bildirdilər. Əslində isə nə baş verirdi?

- Özü getdiyini və gedişinin rəsmiləşdiyini bildirmişdi. Üstündən 3 gün keçmədi, bir də gördük ki, qayıdıb. Niyə gedib-qayıtdığını bilmirəm. Amma mənə elə gəlir ki, transferlərə baxan şəxs birbaşa Erkinin özüdür. Məsuliyyət də onun üzərindədir. Legioner limiti götürüldükdə də demişdim ki, qazanan menecerlər olacaq. Futbolda şişirdilmiş rəqəmlər olmamalıdır. Futbolçuya real dəyər-qiymətini vermək lazımdır. Yoxsa 10 min yazıb, 5 minini cibinə qoymaq olmaz. Bunlara isə futbol yox, pul maraqlıdır. Erkinə görüş vaxtı çox söz demişəm, özü də təsdiqləyib. Düz sözü dediyimə görə də yaxına qoymurlar. "Kəpəz" Azərbaycan futbolunda layiqli yerə gəlib çıxmayanadək inkişaf olmayacaq.

- "Kəpəz" ətrafından söz-söhbətlər nə vaxt yığışılacaq?

- "Kəpəz" dedi-qodulu yer deyil, sırf Qərb bölgəsinin tarixi komandasıdır. Buna görə də hamı komandadan qələbə, uğur gözləyir. SSRİ dönəmindən azarkeşlik edən insanlar da həmçinin... Bunu görə bilmədikləri üçün "Kəpəz"ə müxalifdirlər. Əvvəlki heyətdən bir çox futbolçunu saxlamaq olardı. Təəssüf ki, saxlamadılar, guya yeni kollektiv yaratdılar. O da hələlik nəticə vermir, uğur qazana bilmir. Allah eləsin ki, uğurlar qazansınlar. Amma bir şərtlə: rəhbərlik dəyişməli, köhnədən qalanların hamısı getməlidir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Avqust 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri