Icma.az
close
up
RU
Saarın Bakı səfəri: regional mesajlardan təhlükəsizlik xəttinə

Saarın Bakı səfəri: regional mesajlardan təhlükəsizlik xəttinə

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsrailin xarici işlər naziri Gideon Saar Bakıda səfərdə oldu. Bu səfər təkcə protokol çərçivəsində keçirilən görüşlərdən ibarət olmadı, həm məzmun, həm də verilən mesajlar baxımından Azərbaycan İsrail münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən siyasi hadisə kimi diqqət çəkdi.

Gün ərzində həm xarici işlər naziri Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə danışıqların aparılması, həm də Prezident İlham Əliyevin İsrail nazirini qəbul etməsi, üstəlik görüşlərdən sonra birgə mətbuat konfransının keçirilməsi bu səfərin koordinasiyalı və məqsədli gündəmlə planlaşdırıldığını göstərir. Burada əsas xətt ondan ibarətdir ki, münasibətlər artıq yalnız “ənənəvi əməkdaşlıq sahələri” ilə məhdudlaşmır, daha geniş spektrdə, daha institusional və daha iddialı bir çərçivəyə salınır.

Danışıqlarda strateji tərəfdaşlıq anlayışının xüsusi vurğulanması təsadüfi deyil. Son illər qlobal risklərin artması, regionlararası qarşıdurmaların kəskinləşməsi və enerji, logistika, təhlükəsizlik kimi sahələrin yenidən geosiyasi alətə çevrilməsi fonunda etibarlı tərəfdaş tapmaq hər bir ölkə üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan üçün strateji tərəfdaşlığın dəyəri, onun yalnız siyasi jest kimi yox, praktik nəticələr verən əməkdaşlıq modeli kimi işləməsindədir. İsrail üçün isə Azərbaycan həm regional sabitlik amili, həm də uzunmüddətli təhlükəsizlik və enerji xəttində dayaq ölkədir. Bu səbəbdən səfər zamanı qarşılıqlı etimadın və ortaq maraqların ayrıca altının cızılması tərəflərin münasibətləri “situativ yaxınlıq” kimi deyil, davamlı siyasi xətt kimi gördüyünü göstərir.

Səfərin ən diqqətçəkən tərəflərindən biri iqtisadi gündəliyin ön plana çəkilməsi oldu. Enerji, ticarət, investisiya, turizm, nəqliyyat logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq kimi sahələrin ayrıca sadalanması bir mesaj verir: tərəflər münasibətləri tək bir sütun üzərində saxlamamaq, çoxşaxəli və daha dayanıqlı model qurmaq niyyətindədir. Bu yanaşma xüsusilə riskli beynəlxalq mühitdə münasibətlərin davamlılığını artırır, çünki əlaqələr yalnız təhlükəsizlik razılaşmalarına bağlandıqda hər gərginlik dalğasında zəifləyə bilər, amma iqtisadi və texnoloji şəbəkə geniş olduqda tərəfdaşlıq daha möhkəm qalır. Birgə Komissiyanın rolunun xüsusi vurğulanması da məhz institusional mexanizmlərin gücləndirilməsi deməkdir, yəni əməkdaşlıq şəxslərin siyasi iradəsindən asılı qalmadan işlək mexanizmə çevrilir.

Bu kontekstdə səfər çərçivəsində nəzərdə tutulan biznes forum ayrıca qiymətləndirilməlidir. Diplomatik səfərlərdə biznes forumun keçirilməsi, adətən, iki məqsədə xidmət edir: birincisi, siyasi niyyətin real investisiya paketlərinə çevrilməsi, ikincisi isə özəl sektorun tərəfdaşlığa qoşulması ilə əlaqələrin “dövlət səviyyəsindən bazar səviyyəsinə” daşınması. Saarın böyük biznes və işgüzar dairələr nümayəndələri ilə gəlməsi isə mesajı daha da aydınlaşdırır: İsrail, Azərbaycanla münasibətlərdə yalnız siyasi dialoqu deyil, iqtisadi iştirakçılığı artırmaq istəyir. Bu, bir tərəfdən investisiya və texnologiya transferi üçün imkanlar yaradır, digər tərəfdən də Azərbaycan bazarının regionda etibarlı platforma kimi qəbul edildiyini göstərir.

Prezident İlham Əliyevin Saarı qəbul etməsi və söhbətdə Davosda baş tutmuş yüksək səviyyəli təmasların məmnunluqla xatırlanması səfərin üst siyasi çətirini göstərir. Davos kimi beynəlxalq platformada aparılan dialoqun Bakıda daha konkret mexanizmlərlə davam etməsi, tərəflərin münasibətləri “fikir mübadiləsi” səviyyəsindən “icra gündəliyi” səviyyəsinə keçirdiyini göstərir. Görüşdə kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar və süni intellekt kimi sahələrin ayrıca qeyd edilməsi mühüm nüansdır. Çünki, bu sahələr artıq klassik ticarət əlaqələri deyil, gələcək iqtisadiyyatın əsas komponentləridir. Süni intellekt və yüksək texnologiyalar, su və aqro idarəetmə kimi sahələrdə əməkdaşlıq həm iqtisadi dəyər yaradır, həm də sosial dayanıqlığa xidmət edir. Bu, münasibətlərin “bugünkü ehtiyaclar” üçün yox, “gələcək rəqabət” üçün qurulduğunu göstərir.

Humanitar xəttin ayrıca vurğulanması da təsadüfi deyil. Azərbaycanın çoxəsrlik yəhudi icması ilə bağlı təcrübəsi və İsraildə Azərbaycan icmasının mövcudluğu münasibətlərə siyasi dilin çox vaxt verə bilmədiyi bir əlavə üstünlük qazandırır: etimadın sosial bazası formalaşır. Saarın Azərbaycandakı yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə təşəkkür etməsi bu baxımdan tək bir cümlə deyil, əlaqələrin “tarixi yaddaş” üzərindən də qidalandığını göstərən siyasi siqnaldır. Regional mühitdə etnik və dini mövzuların tez-tez manipulyasiya olunduğu bir reallıqda, bu tip sabit, harmonik nümunələr tərəfdaşlığı daha legitim və daha davamlı edir.

Səfərin regional gündəliyi də geniş idi. Danışıqlarda Qəzza zolağında vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eyni zamanda Cənubi Qafqazda postmünaqişə dövründə normallaşma məsələlərinin müzakirəsi onu göstərir ki, Bakı görüşləri yalnız ikitərəfli məsələ kimi görmür. Azərbaycan burada prinsipial bir xətt sərgiləyir: problemlərin sülh, danışıqlar və beynəlxalq hüquq çərçivəsində həll olunması. Bu xətt, bir tərəfdən Azərbaycanın balanslı diplomatiyasını qoruyur, digər tərəfdən də Bakının regional münaqişələrdə emosional mövqedən yox, hüquqi və siyasi realizmdən çıxış etdiyini göstərir. Bu yanaşma Azərbaycanın tərəfdaşları ilə dialoq qurmaq imkanını genişləndirir, çünki o, kəskin bloklaşmanın içində yox, danışıq dilinin içində qalmağa çalışır.

Cənubi Qafqaz gündəliyində xüsusi diqqət çəkən məsələ mina təhlükəsi və işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı məlumatlandırmanın aparılmasıdır. Bu, Azərbaycanın postmünaqişə reallığını beynəlxalq tərəfdaşlara hər görüşdə xatırlatmaq strategiyasının davamıdır və burada iki məqsəd görünür. Birincisi, mina probleminin humanitar ölçüsünü gündəmdə saxlamaq, ikincisi isə bərpa və qayıdış prosesinin regionun sabitliyinə verdiyi töhfəni tərəfdaşlara izah etmək. Başqa sözlə, Azərbaycan sülh və normallaşma mövzusunu yalnız siyasi sənəd kimi yox, real həyatın təhlükəsizliyinə bağlı proses kimi təqdim edir.

Nəticə etibarilə, Saarın Bakı səfəri Azərbaycan İsrail münasibətlərinin “sabit xətt”dən “genişlənən gündəlik” mərhələsinə keçdiyini göstərir. Bu səfərin siyasi çəkisi ondadır ki, tərəflər strateji tərəfdaşlığı daha dərin iqtisadi, texnoloji və institusional əməkdaşlıqla möhkəmləndirməyə çalışır. Eyni zamanda regional mövzuların açıq müzakirəsi Bakının həm Yaxın Şərq, həm də Cənubi Qafqaz kontekstində dialoq qabiliyyətini saxladığını göstərir. Gələn dövrdə bu səfərin real nəticəsi biznes forumun hansı layihələrə çevrilməsi, Birgə Komissiyanın hansı qərarları icraya çıxarması və yüksək texnologiyalar, su resursları, süni intellekt kimi sahələrdə konkret proqramların başlanması ilə ölçüləcək. Amma indidən görünən odur ki, tərəflər münasibətləri təkcə bəyanatlar üzərində deyil, mexanizmlər və praktik gündəlik üzərində qurmaq niyyətindədir.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri