Icma.az
close
up
RU
Qlobal və regional təhlükəsizlik arxitekturasındakı yeni oyunçu Bakı

Qlobal və regional təhlükəsizlik arxitekturasındakı yeni oyunçu Bakı

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 “Son illərdə Azərbaycan qlobal və regional təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm və getdikcə artan rola malik ciddi aktor kimi çıxış edir. Bu proses təsadüfi deyil və ölkənin ardıcıl, praqmatik və çoxvektorlu xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Xüsusilə 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsi ölkənin regional statusunu keyfiyyətcə yeni mərhələyə yüksəldib və Bakının təhlükəsizlik gündəliyində rolunu daha da gücləndirib”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun szölərinə görə, bu gün Azərbaycan təmsil olunduğu Cənubi Qafqaz regionunda təkcə sülhün deyil, eyni zamanda təhlükəsizliyin əsas təminatçılarından biri kimi çıxış edir. “Münaqişə mərhələsindən post-münaqişə və sabitlik mərhələsinə keçid regionda yeni reallıqlar yaradıb. Bakı regional təhlükəsizlik konsepsiyasını qarşıdurma deyil, əməkdaşlıq, kommunikasiya xətlərinin açılması və qarşılıqlı maraqlara əsaslanan yanaşma üzərində qurur. Bu da Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir”, - o vurğulayıb.

Deputat  bildirib ki, Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına verdiyi əsas töhfələrdən biri Avropanın enerji təhlükəsizliyidir: “Uzun illərdir Bakı Avropanın enerji bazarında etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi çıxış edir. Xüsusilə geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanın enerji resursları və alternativ marşrutlar təklif etməsi Avropa üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan təkcə neft və qaz ixracı ilə kifayətlənmir, bərpa olunan enerji sahəsində də regional və qlobal tərəfdaşlıq imkanlarını genişləndirir.
Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri və logistika artıq klassik hərbi təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu reallığı vaxtında dəyərləndirərək Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirib. Orta Dəhliz, regional kommunikasiya xətləri və logistika infrastrukturu Azərbaycanın Mərkəzi Asiya və Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunmasında rolunu daha da artırır”.

O əlavə edib ki,  bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin yürütdüyü uğurlu və balanslı çoxvektorlu diplomatiya dayanır. “Azərbaycan eyni vaxtda müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər qurmağı bacarır. Məhz bu siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rolu açıq şəkildə dəyərləndirir.

ABŞ və Azərbaycanın qlobal sülh gündəliyi
ABŞ-ın Azərbaycanın roluna verdiyi yüksək qiymət bu baxımdan xüsusi diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Davosda yaradılan “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində Prezident İlham Əliyevin iştirakı və sənədi imzalaması Azərbaycanın artıq təkcə regional deyil, qlobal sülh və təhlükəsizlik təşəbbüslərində də mühüm aktor kimi qəbul edildiyini göstərir.

Azərbaycanın bu təşəbbüsə qoşulması, xüsusilə Qəzza kimi uzunmüddətli münaqişələrdən əziyyət çəkən regionlarda sülhün təşviqinə töhfə vermək niyyəti Bakının beynəlxalq məsuliyyət anlayışını ortaya qoyur. Rəsmi bəyanatlarda da vurğulandığı kimi, Azərbaycan bu dəvəti ABŞ-la qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın və ölkənin qlobal sülh və sabitliyə verdiyi töhfənin tanınması kimi qəbul edir.

Nəticə etibarilə, baş verən bütün bu proseslər Azərbaycanın artıq yalnız regional oyunçu olmadığını, beynəlxalq münasibətlər sistemində ciddi qlobal aktor kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycanın sülh, təhlükəsizlik, enerji və logistika sahələrində oynadığı rol ona olan etimadı artırır və ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Bu isə gələcəkdə Bakının qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal və təsirli rol oynayacağını deməyə əsas verir”.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri