Saat 10 dan öncə işə başlamağın ZƏRƏRLƏRİ
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Erkən saatlarda işə başlamağın insan sağlamlığına mənfi təsir göstərə biləcəyi ilə bağlı maraqlı araşdırma aparılıb.
Milli.Az xəbər verir ki, yuxu üzrə mütəxəssislərin, o cümlədən Oksford Universitetindən olan alimlərin fikrincə, insanın bioloji saatı erkən səhərlər aktiv fəaliyyət üçün tam uyğun deyil.
Bildirilir ki, səhər saat 10:00-dan əvvəl işə başlamaq məcburiyyəti sirkadiyal ritmin pozulmasına səbəb ola bilər.
Araşdırmaya görə, bu vəziyyət xroniki yuxu çatışmazlığına, diqqət azalmasına və orqanizmdə əlavə stressin yaranmasına gətirib çıxarır. Qeyd edirlər ki, insan beyni və bədəni öz daxili ritminə uyğun işləyir və çox tez oyanmaq bu tarazlığı poza bilər.
Nəticədə erkən iş rejimi enerji səviyyəsinə, iş performansına və ümumi rifaha mənfi təsir göstərir. Araşdırma həmçinin göstərir ki, ənənəvi "9-dan 5-ə" iş qrafiki bir çox insanın bioloji ritminə uyğun gəlmir.
Qeyd edək ki, mövzu xüsusilə məktəblərin dərs başlama saatları və ümumi sağlamlıq kontekstində daha geniş müzakirə olunur.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:175
Bu xəbər 19 Mart 2026 03:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















