Icma.az
close
up
RU
Saatda 80 km qət edən qatara 88 manatlıq bilet... ADYnin analoqsuz təklifi yola daş qoyur

Saatda 80 km qət edən qatara 88 manatlıq bilet... ADYnin analoqsuz təklifi yola daş qoyur

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Balakən-Bakı reysini bərpa edib. Yanvarın 3-dən etibarən saat 23:50-də Bakıdan Balakənə yola düşmək mümkün olacaq. Balakəndə paytaxta isə gəlmək saat 22:10-a təyin olunub. Ümumilikdə səfərlər uyğun olaraq, 8 saat 20 dəqiqə və 8 saat 40 dəqiqə sürəcək.

Bizimyol.info xəbər verir ki, ADY tarifləri açıqlayıb. Yataq tipli vaqonlardan ibarət qatarlarda “Standart” xidməti 22, “Standart+” 33, “Biznes” isə 88 manata təklif olunur. ADY rəhbərliyi nəqliyyat ekspertləri ilə görüşdə sürətin 80 km/saat olacağını bildirmişdi. Qapalı səhmdar cəmiyyətin sədri Rövşən Rüstəmov oktyabrda jurnalistlərlə söhbətində də sürətlə bağlı belə ifadə işlətmişdi. Sürətin çox aşağı olması hələ o vaxt müzakirəyə çevrilmişdi.

Rövşən Rüstəmov oktyabrda demişdi ki, köhnə nəsil yataq tipli vaqonlardan ibarət qatarı müasirləşdirəcəklər. Sədr belə vaqonlara məhz sərnişinlərin tələbinə görə ehtiyac duyulduğunu demişdi: “Məsafə uzaq olduğuna görə insanlar istəyirlər”.

Xəbərə ilk reaksiyaların əksərində biletlərin baha olması dilə gətirilir. Sərnişinlər uzağı 5 saata “Vita” markalı avtomobillərlə mənzil başına çatırlar. Bunun üçün cəmi 25 manat ödəyirlər. Qatarla daha gec səyahət heç də ucuz başa gəlmir. Nəzərə almaq lazımdır ki, hər iki şəhərdə dəmir yolu vağzalından ünvana çatmaq da xərc tələb edir. Məsələn, sərnişin daşıyan “Vita”larla səfərdə bu qayğıdan azad olursan. Çünki həmin avtomobillər Balakəndə sərnişinləri az qala evinin qarşısına çatdırır.

“Biznes” xidməti üçün 88 manat fantastik qiymət sayılmalıdır. Hələ bilmək olmur ki, bu xidmətə nə daxildir. ADY rəhbərliyi də bu haqda danışmayıb. Qiymətlər bahadır, bunu heç müzakirə etməyə də dəyməz. Zamanla sərnişinlər də mövqeyini ortaya qoyacaq.

Sürət aşağıdır, buna görə də mübahisəyə ehtiyac yoxdur. Təxminən 400 km məsafə az qala 9 saata qət olunur. Belə çıxır ki, səfər zamanı stansiyalarda gözləmə müddəti böyükdür. Böyükdürsə, ən axırıncı stansiyaya yollanan sərnişinlər üçün səfər çox əziyyətli görünəcək.

Ölkənin müxtəlif istiqamətlərinə qatar reyslərinin təşkili yaxşıdır. Amma şərtlər də uyğun olmalıdır. Sərnişinlər üçün səfər həm sərfəli olmalı, həm də rahatlıq təmin edilməlidir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri