Icma.az
close
up
RU
Saatlarla enerji doldurur, cəmi 300400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir

Saatlarla enerji doldurur, cəmi 300400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar dünyada, o cümlədən Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı artır. Məntiqlə bu, ölkədə yanacaq sərfiyyatını azaltmalıdır. Amma hələlik bunu müşahidə edə bilmirik. Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 780,2 milyon manat xərclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,5 faiz üstələyir. Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1 faiz artım deməkdir. Bəs nə zaman bu sahədə keçirilən islahatların nəticəsini az da olsa, müşahidə edə biləcəyik? Əgər yanacaqdan istifadə azalarsa, yanacaqdoldurma məntəqələrini hansı aqibət gözləyir?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Yaxın beş ildə vəziyyət dəyişməyəcək

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, hazırda ölkədə yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür: "Nəzərə almalıyıq ki, bizim avtoparkımızdakı maşınların 85 faizdən çoxunun yaşı 10 ildən yuxarıdır, yəni köhnə avtomobillərdir. Düzdür, bu sahədə güclü islahatlar həyata keçirilir. Elektrik və hibrid avtomobillərə güzəştlərlə yanaşı, təbliğ və təşviq də gündəmdədir. Həmçinin taksi parklarımız da yenilənir. Köhnə avtomobillər də utilizasiya prosesinə cəlb olunur".

E.Əliyevin fikrincə, hər kəs yeni və müasir avtomobil ala bilmir. Bu zaman daxili yanma mühərrikli avtomobillərə maraq artır. Belə olduqda yalnız avtomobil parkımız yenilənir, amma yanacağa olan tələbat dəyişməz olaraq qalır: "Nəzərə alaq ki, gənc nəsildən hamı hələlik elektrikli avtomobil almır. Yaşlı nəslin əksəriyyəti də daxili yanma mühərrikli avtomobillərə öyrəşib. Onların birdən-birə elektrikli avtomobil sürməyə başlaması bir az çətindir. Utilizasiyaya gedən avtomobilə görə verilən pulla elektrikli avtomobil almaq da mümkün deyil. Belə olduqda insanlar məcbur qalıb ucuz və yerli istehsal benzinlə işləyən avtomobilə yönəlirlər. Bu amilləri göz önünə alsaq, dizel və benzinin yaxın beş ildə aktuallığını itirəcəyini görməyəcəyik. Bu illər ərzində həm elektrik, həm də ənənəvi yanacağa tələbat qalacaq".

Alıcılar hələ də risk etmək istəmirlər

İqtisadçı Emin Qəribli isə düşünür ki, benzin və dizel yanacağına tələbatın artması olduqca normaldır: "Çünki əhalinin sayı da artır. Belə olduqda avtomobillər də çoxalır. Nəzərə almalıyıq ki, köhnə avtomobillər ölkəmizdə yetəri qədər çoxdur. Onlar köhnəldikcə yanacağa olan tələbatları da xeyli yüksəlir. Üstəlik ölkəmizə gələn avtomobillərin hamısı da hibrid və elektrikli deyil. Böyük həcmdə dizel və benzinlə işləyən avtomobillərə də maraq hələ qalır".

E.Qəribli bildirdi ki, elektrikli maşınların bəzi çatışmayan cəhətləri onlara olan tələbata da təsir edir: "Lakin ölkəmizdə bunun azalması üçün də işlər görülür. Məsələn, elektrikli avtomobillərin idxalı zamanı rüsum alınmır, vergidən azaddırlar. Bu amillər elektriklə işləyən maşınların artmasına təsir edir. Düşünürəm ki, son illər gözlə görülən artım var. Amma insanların bəziləri hələ də elektrikli avtomobilləri almağa risk etmir. Bunun da səbəbləri var. Çünki elektrikli avtomobillər qışda 300-400 km və hətta ondan da az məsafələri qət edə bilir. Rayonlara maşın sürmək istəyən insanlar ona görə elektrikli avtomobillərə keçmir. Amma şəhər içində sürmək üçün əlverişlidir".

"Minimum on il vaxt verməyə ehtiyac var"

İqtisadçının fikrincə, icra edilən işlər nəticəsində bu sahədəki yenilikləri və artımları daha çox görəcəyik: "Bir il ərzində elektrik enerjisi ilə işləyən maşınların idxalı 70 faizə qədər artıb. Amma əvvəlki illərdə bu daha az idi. Elektriklə işləyən avtobuslar gətirilir. Enerji doldurma məntəqələrinin sayındakı artımı vurğulamaq lazımdır. Məntəqələrin artırılması üçün işlər görülür. Müəyyən güzəştlər tətbiq edilir ki, şərait yaradılsın, avadanlıq qurulsun. Zənnimcə, yaxın zamanda onların da sayında xeyli artım görəcəyik".

Müsahibimiz düşünür ki, elektriklə işləyən maşınların sayı artdıqca yanacaqdoldurma məntəqələri də yavaş-yavaş işıq enerjisinə keçid edəcək: "Amma bunun tez olacağını düşünmürəm. Dərhal bütün maşınlar elektriklə işləyə bilməz. Elektrik doldurma məntəqələrinə keçid elə də asan proses deyil. Nəzərə almalıyıq ki, bir maşın saatlarla enerji doldurmalıdır. Sürətli yığım üçün aparatlar var. Lakin onlar da çox enerji istifadə edir. Bütün avadanlıqlar o gücə uyğun olmalıdır. O səbəbdən, bu məsələlərin tez bir zamanda həll edilməsi asan deyil. Minimum 10 il vaxta ehtiyac var. Bu müddətdə yəqin ki, yeni texnologiyalar da tətbiq olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri