Icma.az
close
up
RU
Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə hökm oxundu

Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə hökm oxundu

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zöhrab Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zöhrab Nəbiyev 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Zöhrab Nəbiyev Saatlı Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il tarixli əmri ilə Saatlı rayonu, Orta Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib, 2025-ci il tarixədək həmin vəzifədə işləyib. O, çalışdığı müddətdə səlahiyyət və öhdəliklərini pozaraq öz qulluq mövqeyindən şəxsi mənafe üçün istifadə etməklə bir sıra korrupsiya xarakterli cinayətlər törədib.

Təqsirləndirilən şəxs 2023‑cü ilin oktyabr ayında Orta Muğan kənd sakinini nümayəndəlikdə bir ştat vahidi üzrə xadimə vəzifəsinə işə qəbul edəcəyi barədə vəd verərək öz xidməti otağında ondan 2 000 manat məbləğində rüşvət tələb edib. Razılaşdırılmış qaydada həmin şəxsdən ümumilikdə 2 000 manat rüşvəti şəxsən alıb. O bunun müqabilində 7 avqust 2024-cü il tarixli, 14 saylı əmrlə onu həmin vəzifəyə təyin edib.

Zöhrab Nəbiyev həmin şəxsin işə başladığı tarixdən sonra işə gəlməməsi barədə ona göstəriş verib, lakin əməkhaqqının hesablanıb ödənilməsi üçün 2024‑cü ilin avqust, sentyabr, oktyabr və dekabr aylarına aid əməkhaqqı cədvəllərini saxta qaydada imzalayaraq möhürlə təsdiq edib. Nəticədə sözügedən sakinin bank kartına ümumilikdə 1 371.65 manat dövlət vəsaitinin köçürülməsini təmin edib. Bu yolla ona etibar edilmiş büdcə vəsaitləri qulluq mövqeyindən istifadə edilməklə israfetmə yolu ilə talanıb.

Təqsirləndirilən şəxs 2024‑cü ilin oktyabr ayında digər şəxsi nümayəndəlikdə xadimə vəzifəsinə bərpa edəcəyinə inandıraraq onun etibarından sui-istifadə edib və xidməti otağında 800 manat pulu aldatma yolu ilə ələ keçirib. Daha sonra həmin şəxsin guya işə qəbul olunması görüntüsü yaratmaq üçün 1 noyabr 2024‑cü il tarixli əmrdə bilə‑bilə yalan məlumatlar daxil edib. Əmri də öz imzası və nümayəndəliyin möhürü ilə təsdiq edib.

Beləliklə, Zöhrab Nəbiyev həm dələduzluq edib, həm də vəzifə saxtakarlığına yol verib.

Bundan başqa, təqsirləndirilən şəxs Sabirabad rayonu, Çöl Dəllək kənd sakinləri - zərərçəkmiş şəxs M.M. və N.N.-i Fövqəladə Hallar Nazirliyində (FHN) işə qəbul olmaq istəklərindən istifadə edərək onları aldadıb, tutduğu vəzifənin imkanlarından sui‑istifadə etməklə FHN‑in xidmətində yanğınsöndürən və sürücü vəzifələrinə qəbul etdirəcəyinə dair yalan vədlər verib. Bu məqsədlə zərərçəkmiş şəxslərin hər birinə 13 800 manat, ümumilikdə 27 600 manat məbləğində pulu xidməti otağında qəbul edib və şəxsi məqsədləri üçün ələ keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri