Icma.az
close
up
RU
Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları ixracyönümlü istehsal təşviq olunur

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları ixracyönümlü istehsal təşviq olunur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə Saatlı rayonunda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib. Tədbir cari il ərzində regionlarda təşkil olunan 15-ci məhsul festivalıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində - toxumçuluqdan yığım və emala qədər əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış olması, ixracyönümlü istehsalın təşviqi və regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində mövsümün 14-cü və sonuncu Toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış “Qobustan”, “Əsgəran”, “Mətin”, “Maurizio”, “Qadio” buğda sortları, eləcə də “Qarabağ 22”, “Dəyanətli”, “İosif”, “Günəş” və “Finola” arpa sortları təqdim olunub. Fermerlərə bu sortların məhsuldarlıq, xəstəliklərə davamlılıq və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib.

Festivalın rəsmi açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirib ki, pambıqçılıq rayonda əsas prioritet sahələrdən biridir və bu sahənin inkişafı həm regionun sosial rifahına, həm də ölkənin qeyri-neft sektorunun artımına mühüm töhfə verir. O qeyd edib ki, dövlət tərəfindən tətbiq olunan subsidiyalar, layihələr və yeni texnologiyaların istifadəsi nəticəsində Saatlı rayonunda pambıq istehsalı son illərdə əhəmiyyətli dərəcədə artıb. Elmir Bağırov, həmçinin belə festivalların regionun kənd təsərrüfatı potensialının tanıdılması və yerli brendlərin formalaşdırılması baxımından vacib olduğunu vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədiv regionlarda keçirilən Aqrar Biznes festivallarının fermerlər və sahibkarlar arasında əməkdaşlığın genişlənməsi üçün faydalı olduğunu qeyd edib, Agentliyin KOB-ların məhsullarının satışına dəstək alətləri barədə məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, ölkə üzrə keçirilən məhsul festivalları yalnız satış və sərgi məkanı deyil, eyni zamanda, innovativ ideyaların paylaşılması, yeni biznes modellərinin formalaşması üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, fermerlər və sahibkarlar bu festivallar vasitəsilə tədarükçülərlə, maliyyə qurumları və texnologiya şirkətləri ilə birbaşa təmas qurmaq imkanı əldə edirlər.

“Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov şirkətin pambıqçılıq sahəsində gördüyü işlərdən danışaraq bildirib ki, məqsəd pambığın keyfiyyətli şəkildə emal olunması, dünya standartlarına uyğun məhsulların istehsalı və ixracın artırılmasıdır. Qeyd edib ki, bu istiqamətdə yerli fermerlərlə əməkdaşlıq genişlənir, yeni texnologiyalar tətbiq olunur və pambıqçılıqda müasir idarəetmə sistemləri formalaşdırılır.

Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov aqrar sektorda çalışan insanların əməyinin qiymətləndirilməsinin diqqət mərkəzində olduğunu deyib. Diqqətə çatdırıb ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız texnoloji yeniliklərlə deyil, həm də əmək insanının sosial rifahının gücləndirilməsi ilə mümkündür.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da yaxından iştirak edib. İnstitutun stendində pambıqçılıq sahəsində aparılan elmi-tədqiqat işləri, seleksiya istiqamətində əldə olunan nəticələr, yerli və perspektiv pambıq sortları, həmçinin onların becərilmə texnologiyaları barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub. Bundan əlavə, pambıq bitkisində xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, bioloji və aqrotexniki tədbirlərin tətbiqi sahəsində əldə olunan yeniliklər də nümayiş etdirilib.

Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar sərgilənib.

Həmçinin Saatlı rayonunda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Bootcamp” iştirakçıları öz məhsul və prototipləri ilə festivalın startap zonasında təmsil olunublar.

Tədbir zamanı pambıqçılıq sahəsində uzun illər fəaliyyət göstərən və əməyinə görə seçilən mütəxəssislər “Prime Cotton” MMC tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə də keçirilib. Paneldə fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar, dövlət proqramları və investisiya dəstəyi imkanları barədə məlumat verilib.

Tədbir mədəni proqramla yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see126

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see124

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see122

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see121

“Real”ın heyətində ciddi itki yaşanıb

03 Noyabr 2025 19:47see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri