Sabah Ağcabədidə altı minə yaxın abonentin qazı kəsiləcək
Ayna saytına istinadən Icma.az xəbər verir.
Təmir işləri yekunlaşdıqdan dərhal sonra təbii qazın verilişi bərpa olunacaq
Fevralın 18-i saat 10:00-dan etibarən Ağcabədinin 12 kəndində ümumilikdə 5 964 abonentin mavi yanacaqla təminatının dayandırılması nəzərdə tutulur. AYNA.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, qaz təchizatının dayandırılması Ağcabədi Qaz Paylama Stansiyasından Kəbirli kəndində yaşayış məntəqələrini qazla təchiz edən PE-250 mm-lik yeraltı orta təzyiqli daşıyıcı kəmərdə aşkar edilmiş sızmanın ləğv edilməsi üçün təmir işlərinin aparılması ilə bağlıdır.
Təmir işləri yekunlaşdıqdan dərhal sonra təbii qazın verilişi bərpa olunacaq.
Baxış sayı:167
Bu xəbər 17 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















