Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq SİYAHI
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
APA xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində deyilir.
Qeyd olunub ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Hansı küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq?
Məhdudiyyət hansı saatlarda olacaq?
Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
DYP bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















