Sabah Binəqədi, Şirvan və Yevlaxdakı güzəştli mənzillərin satışı ilə bağlı ELAN VERİLƏCƏK
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Binəqədi, Şirvan və Yevlaxdakı yaşayış komplekslərində mənzillər bu ilin sonuna qədər satışa çıxarılacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Report"a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Məlumata görə, növbəti elanın sabah verilməsi və mənzil seçimi prosesinin bu ilin sonuna qədər aparılması nəzərdə tutulur. Satışa Agentliyin əvvəlki layihələri ilə yanaşı, hazırda inşası davam edən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşən güzəştli mənzillər çıxarılacaq.
"Vətəndaşların rahatlığı üçün "Güzəştli mənzil" sistemində mütəmadi olaraq təkmilləşdirmə işləri aparılır. Son yeniliklər çərçivəsində sistemin ümumi görünüşü müasir dizaynda yenilənib, qeydiyyat, ilkin razılıq qərarının alınması, mənzil seçimi və gözləmə qaydasında seçim prosesləri ilə bağlı yazılı və video təlimatlar yenilənib. Vətəndaşlar yeni təlimatlarla Agentliyin internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə tanış ola bilərlər", - deyə açıqlamada qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Oktyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















