“Sabah bizi ilk oyundan daha çətin qarşılaşma gözləyir” Bəhlul Mustafazadə
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının təsnifat mərhələsində “Ferensvaroş”la keçiriləcək cavab görüşü öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
İdmanxeber.az xəbər verir ki, futbolçu qarşıdakı oyunun əhəmiyyətini vurğulayıb:
“Bu matçın nə qədər önəmli olduğunu bilirik və hazırlığımızı da buna uyğun tamamlamışıq. Sabah bizi ilk oyundan daha çətin qarşılaşma gözləyir. Amma biz buna hazırıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək.”
Mustafazadə, həmçinin, Çempionlar Liqasının liqa mərhələsində oynamağın onun üçün böyük motivasiya olduğunu bildirib:
“Azərbaycanlı futbolçu üçün bu, böyük nailiyyətdir. Artıq iki dəfə pley-offda çıxış etmişik, sadəcə, qrupa düşmək mümkün olmayıb. Bu dəfə daha təcrübəliyik. İlk görüşdən sonra iki top fərqini qapatmağın nə qədər tez mümkün olduğunu gördük. Buna görə də sabah oyuna daha sakit və soyuqqanlı yanaşacağıq.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Avqust 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















