Sabah Dohada görüşəcəklər
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, tərəflər həmçinin qarşılıqlı atəşi dayandırmaq barədə razılığa gəliblər.
Digər mənbələrin iddiasına görə isə görüş zamanı Vaşinqton və Tehranın daha əvvəl imzalanmış anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməsi gözlənilir.
Xatırladaq ki, ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İranın 10 hərbi obyektinə zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, bu tədbir İranın 2 milyon bareldən çox neft daşıyan Panama bayraqlı “Kiku” tankerinə hücumuna cavab olaraq atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 29 İyun 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















