Sabah hava şəraiti əsasən yağmursuz olacaq
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Baxış sayı:84
Bu xəbər 03 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















