Icma.az
close
up
RU
Sabah hər şey çökə bilər: Kriptovalyuta Azərbaycanda risklər yaradır

Sabah hər şey çökə bilər: Kriptovalyuta Azərbaycanda risklər yaradır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib. Dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası nəzərdə tutulur:

“İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin, bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.

Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir. Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağırışlardan biridir”.



İqtisadçı-ekspert Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında kriptovalyutalar sahəsindəki vəziyyəti  təhlil edərək, onların həm imkanlarını, həm də risklərini vurğulayıb. O bildirib ki, hazırda kriptovalyutalarla bağlı ölkəmizdə qanunvericilik bazası kifayət qədər zəifdir. Bu, bir tərəfdən, sahəyə marağı artırsa da, digər tərəfdən, investorlar və istifadəçilər üçün risklər yaradır.


N.Cəfərli qeyd edib ki, əgər dövlət kriptovalyutalar üzərində aşırı tənzimləmə və ciddi nəzarət tətbiq etməyə başlasa, bu sahəyə maraq xeyli azalacaq. Kriptovalyutaların əsas üstünlüyü onların anonimliyidir. Əgər anonimliyi aradan qaldırıb bu sahəni nəzarət altına almaq istəsələr, kriptovalyutaların əsas dəyəri itir və onlar artıq cəlbedici investisiya və ya ödəniş vasitəsi olmayacaq.

Dünyada kriptovalyutaların geniş yayılmış investisiya aləti olduğunu vurğulayan ekspert deyib ki, gələcəkdə bu sahənin Azərbaycanda da inkişaf etməsi ehtimalı yüksəkdir. İnkişaf etmiş ölkələrdə kriptovalyutalar artıq milyonlarla insan tərəfindən alqı-satqı və investisiya məqsədilə istifadə olunur: “Lakin bir iqtisadçı olaraq, şəxsi baxışım odur ki, kriptovalyutalar perspektivi olmayan, spekulyativ bir sahədir. Burada qiymətlərin qalxıb-azalması spekulyativ faktorlarla sıx bağlıdır və həddindən artıq qeyri-sabitdir. ABŞ Prezidenti Donald Tramp və onun komandası kriptovalyutalara müsbət yanaşır deyə bu münasibət dünya bazarında qiymətlərin yüksəlməsinə təsir edir. Bu səbəbdən də ABŞ və digər iri bazarların siyasətindəki dəyişikliklər kriptovalyuta qiymətlərində kəskin dalğalanmalara səbəb ola bilir. Sabah ABŞ-nin kriptovalyutaya münasibəti dəyişsə, qlobal qiymətlər sürətlə düşə bilər”.

Kriptovalyutaların məqsədi və məğzini anlamaqda çətinlik çəkdiyini vurğulayan N.Cəfərli deyib ki, alış-veriş etmək üçün elektron pullar, kartlar, hesablardan istifadə  edilir. Kriptovalyutalar nəyə lazımdır? Bu suala heç kimin konkret cavabı yoxdur. Qeyd etdiyim kimi, kriptovalyutaları cəlbedici edən onun anonimliyidir. Anonim olması səbəbindən bu valyuta vasitəsilə kriminal fəaliyyətlərin həyata keçirilməsi daha da asanlaşır. Kriptovalyutalara olan marağın artması eyni zamanda onların vergidən yayınma və digər qanunsuz əməliyyatlarda istifadə edilməsinə şərait yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri