Icma.az
close
up
RU
Sabah ın ÇL oyunlarını hansı stadionda keçirəcəyi bilindi DETALLAR

Sabah ın ÇL oyunlarını hansı stadionda keçirəcəyi bilindi DETALLAR

Icma.az, Fanat saytına istinadən bildirir.

Çempionlar Liqasında debüt etməsinə baxmayaraq, böyük uğura imza atan "Sabah"ın Liqa mərhələsindəki oyunlarına böyük maraq var. Püşk nəticəsində Avropa nəhənglərinə rəqib olması "bayquşlar"ın stadion seçiminə də təsir göstərib. "Barselona", "Borussiya Dortmund", "Napoli" kimi "divlər"in Bakıya gələcəyini nəzərə alsaq, bakılıların ev oyunlarını harada keçirəcəyi ilə bağlı sual aktualdır. Doğrudur, ilk ev oyununu "Slaviya"ya qarşı keçirəcək "Sabah" klubunun mətbuat xidməti Çexiya təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklərini bildirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, praqalılarla görüş üçün "Tofiq Bəhramov"u məqbul sayan paytaxt təmsilçisinin rəhbərliyi İspaniya, Almaniya və İtaliya nəhəngləri ilə duelləri daha iri tutumlu arenada keçirməyə qərar verib. 

AFFA prezidenti Rövşən Nəcəf püşkatmadan dərhal sonra "Sabah" rəhbərliyinə Azərbaycanda böyük azarkeş marağına səbəb olacaq oyunları Bakı Olimpiya Stadionunda keçirməyi, bunun üçün mərkəzi arenanı hazırlamağı məsləhət görüb. Masazırlılar da dərhal əməli fəaliyyətə keçiblər. BOS-un ot örtüyünün yüksək səviyyəyə çatdırılması üçün işlərə start verilib. Qeyri-adi nəsə baş verməsə, "Sabah" "Barselona", "Borussiya Dortmund" və "Napoli"ni BOS-da qəbul edəcək. 
Azarkeşlərin bu oyunlara cəlb olunması ilə bağlı "bir biletlə 3 oyuna" kampaniyası keçiriləcək. Hansı ki, adətən UEFA klublarının avrokubokların (Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqası) liqa mərhələsindəki bir neçə oyununu paket ("bundle") şəklində azarkeşlərə daha sərfəli qiymətə təqdim etmək kampaniyasına icazə verir.

Xatırladaq ki, "Sabah" Liqa mərhələsində "Barselona", "Vilyarreal" (hər ikisi İspaniya), "Arsenal", "Mançester Yunayted" (hır ikisi İngiltərə), "Borussiya Dortmund" (Almaniya), "Napoli" (İtaliya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə qarşılaşacaq. Təmsilçimizin oyunlarının təqvimi belədir: 

10 sentyabr 2026. Saat 23:00 - "Mançester Yunayted" - "Sabah"
13 oktyabr 2026. Saat 20:45 - "Sabah" - "Slaviya"
20 oktyabr 2026. Saat 20:45 - "Sabah" - "Borussiya Dortmund"
4 noyabr 2026. Saat 23:59 - "Vikinq" - "Sabah"
25 noyabr 2026. Saat 21:45 - "Sabah" - "Barselona"
8 dekabr 2026. Saat 21:45 - "Vilyarreal" - "Sabah"
20 yanvar 2027. Saat 21:45 - "Sabah" - "Napoli"
27 yanvar 2027. Saat 23:59 - "Arsenal" - "Sabah"

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Sentyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri