Sabah ın futbolçusu: Turan Tovuz lazım olan xalları toplayacaq
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fikrimcə, yaxşı oyun oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Con İrasabal deyib.
İspan müdafiəçi Misli Premyer Liqasının 34-cü turunda "Şamaxı"ya qalib gəldikləri (3:1) oyunla bağlı fikirlərini bölüşüb:
"Amma buraxdığımız qoldakı kimi səhvlərə qarşı daha diqqətli olmalıyıq. Belə detallar qələbə ilə məğlubiyyət arasındakı fərqi müəyyən edə bilər. İstənilən halda qələbə həmişə xoşdur".
O, çempionatda sona iki tur qalmış dördüncü sıradakı "Turan Tovuz"la 5 xallıq fərqin olmasına münasibət bildirib:
"Düşünürəm ki, rəqib 4-cü yer üçün lazım olan xalları toplayacaq. Amma istənilən halda biz də çempionatın son iki oyununu qazanmaq istəyirik. Bunun üçün sona kimi mübarizə aparacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















