Icma.az
close
up
RU
Sabah ın uğur qazanmaq ehtimalı yüksəkdir Millinin sabiq forvardı

Sabah ın uğur qazanmaq ehtimalı yüksəkdir Millinin sabiq forvardı

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya "Sele"sinə uduzan (2:3, əlavə vaxtda 3:3) "Sabah" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) üz-üzə gələcək. Azərbaycan millisinin sabiq hücumçusu Xaqani Məmmədovla əlaqə saxlayıb təmsilçimizin mərhələ adlamaq şanslarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ın "Sele" ilə ikinci oyununda inkişaf hiss olundu. Hələ bu rəqiblə matçlardan öncə "Sabah"a müəyyən qədər vaxt lazım olduğunu demişdim. Əlbəttə ki, Valdas Dambrauskas baş məşqçi postuna yeni gətirilib. Komanda onun futbol fəlsəfəsini tam şəkildə anlamalı, futbolçular Dambrauskasın nə istədiyini daha dərindən anlamalıdırlar. Eləcə də müdafiə xəttində anlaşma səviyyəsi yüksəlməlidir. Azərbaycan təmsilçisinin oyundan-oyuna "artıracağını" gözləyirəm. "Petrokub" "Sele"dən daha münasib rəqibdir. Moldova təmsilçisi ilə görüşdə "Sabah"ın uğur qazanmaq ehtimalı yüksəkdir. Təbii ki, avrokuboklarda zəif rəqib olmur. "Petrokub"a ciddi yanaşacaqlarına və müsbət nəticə qazanacaqlarına inanıram. "Sabah"a uğurlar arzulayıram".

Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflərin cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da olacaq. İkinci görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri