Icma.az
close
up
RU
Sabah Məhərrəmlik başlayır Nələr vacibdir?

Sabah Məhərrəmlik başlayır Nələr vacibdir?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ayda döyüşmək haram sayılıb, sülh və əmin-amanlıq təşviq olunub

Sabah - iyun ayının 26-da Azərbaycanda Məhərrəm ayı başlayır. Bu il Aşura günü iyulun 5-nə təsadüf edir. “Yeni Müsavat” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla bağlı yaydığı fətvada Kərbəla şəhidlərinin xatirəsinə keçiriləcək qanvermə aksiyasında fəal iştiraka çağırıb. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində yerləşdiriləcək.

Qazılar Şurası dindarlara bir daha xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməz olduğunu xatırladıb. Həmçinin QMİ Qazılar Şurası təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməz olduğunu xatırladıb. Məhərrəmlik təzyidarlığı niyə vacibdir. Əvvəlki illərdə xüsusilə İranın təsiri ilə bu mərasimlərdə aydın şəkildə hiss olunurdu. İndi daha sivil və qaydalara uyğun keçirilir.

Qeyd edək ki, Məhərrəm ayı, Hicri-qəməri təqvimin ilk ayıdır və Qurani-Kərimdə adıçəkilən dörd “haram ay”dan biridir (Tövbə surəsi, 36-cı ayə). Bu ayda döyüşmək haram sayılıb, sülh və əmin-amanlıq təşviq olunub. Lakin məhz bu ayda - tarixdə misli görünməmiş bir zülm baş vermişdir: Kərbəla faciəsi. Rəvayətlərdə bu ay “Allahın ayı” adlandırılır. (İmam Rza (ə), “Uyun Əxbari’r-Rza”) Aşura günü - yəni Məhərrəmin 10-u - bir çox peyğəmbərlərin xilası günü sayılır. (Nuhun gəmisi quruya çıxmış, Musa Fironun zülmündən qurtulmuş və s.) Sünni fiqhinə görə bu gün oruc tutmaq savabdır. Şiə məzhəbində isə bu gün İmam Hüseynin (ə) şəhadəti xatırlanaraq yas saxlanılır. Bu ayda edilən ibadətlər, ehsan və əməllər daha fəzilətli sayılır.

Bəs Kərbəla döyüşü niyə baş verdi? Hicrətin 61-ci ilində (Miladi 680), Məhərrəmin 10-da - Aşura günü baş verən bu hadisədə Allah Rəsulunun (s) sevimli nəvəsi İmam Hüseyn (ə) və onun 72 nəfərlik silahdaşı, ailəsi ilə birlikdə şəhid edildi. Döyüş Əməvi xəlifəsi Yezidin Hüseyndən zorla biət almaq istəməsinə qarşı İmamın haqq və ədalət uğrunda duruşu ilə baş verdi. Yezidin açıq-aşkar dini dəyərləri tapdalayan bir zalım olması ilə bağlı idi. Hüseyn (ə) buyurdu: “Mən Yezid kimi bir adama heç vaxt biət etmərəm”. İmam Hüseynin məqsədi hakimiyyət yox, dinin təhrif olunmasının qarşısını almaq idi. Kufə əhalisi İmama 18 mindən çox məktub yazaraq onu Kufəyə dəvət etsə də, sonradan Yezid tərəfdarlarının təzyiqi ilə ona xəyanət etdilər. Kərbəla döyüşünün ən acı məqamları isə 6 aylıq Əli Əsgərin oxla vurulması, qardaşı Əbülfəzl Abbasın əlləri kəsilərək şəhid olması, İmam Hüseynin başının bədənindən ayrılması, Əhli-Beyt qadınlarının əsir alınıb Şama aparılması oldu.

Kərbəla, sadəcə, bir döyüş deyil, insanlıq tarixinə yazılmış ilahi bir dərsdir. Ədalət və haqq yolunda fədakarlıq edən Hüseyn (ə) canı, övladları və dostları ilə haqqı uca tutdu. O, zülm qarşısında səssiz qalmağın özünün zülm olduğunu göstərdi. Hüseynin (ə) şəhadəti şəhidliyin ali mərtəbə olduğunu təsdiqlədi. Hər əsrdə bu faciə insanların vicdanına toxunaraq onları düşünməyə vadar edir.

İmam Hüseyn (ə) Məkkədən çıxarkən buyurdu: "Mən nə fitnə, nə də təkəbbür üçün çıxmışam. Mən cəddimin ümmətinə islahat gətirmək, yaxşılıqları əmr, pislikdən çəkindirmək üçün yola çıxmışam". Bu məktəb bir məzhəbin deyil, bütün bəşəriyyətin mənəviyyat və azadlıq platformasıdır. Məhərrəm ayı və onun zirvəsi olan Aşura günü - İslam tarixində dönüş nöqtəsidir. Kərbəla faciəsi hüznlə yanaşı, dərs, çağırış və vəzifədir. İmam Hüseynin (ə) duruşu göstərdi ki, haqq yolunda dayanmaq çətin olsa da, səssizlik zülmün davamıdır. Bu məktəb yaşamalıdır, çünki bu məktəb insanlığın özüdür.

Rəsul Mirhəşimli

Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli qeyd edir ki, Hindistan milli-azadlıq hərəkatının lideri Mahatma Qandinin xalqına müraciətində də Hz.Hüseynin yolunu seçmək tövsiyəsi var: “Kərbəla hadisələri ilə bağlı danışanlar bəzən bunu yalnız şiə məzhəbindən olan müsəlmanların matəm günləri kimi təqdim etməyə çalışır. Halbuki Qurani-Kərimdə Əhli-Beyti sevmək Allahın bütün müsəlmanlara buyruğudur. Bundan əlavə, Hz.Hüseyn Cənnət gənclərinin rəhbəri olaraq, bütün müsəlmanlar tərəfindən qəbul edilən şəxsiyyətdir. Əhli-sünnə məzhəblərindən birinin qurucusu Əbu Hənifənin (r.a) dediyi kimi: "Biz Bədrdə Muhəmmədi, Kərbəlada Hüseyniyik".

Kənan Rövşənoğlu

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Kənan Rövşənoğlunun da mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Hicri 61-ci ildə baş verən bu hadisə müsəlmanlar arasında böyük hüzn və qəzəbə səbəb olur. Bəzi hədislərdə Peyğəmbərin (s) nəvəsi Hüseynin (ə) amansızlıqla qətlə yetiriləcəyi barədə öncədən xəbər verilməsi insanlar arasında daha çox kədərə səbəb olur. O zaman yaşlı səhabələr İraqa gedərək Kərbəla çölündə Peyğəmbər (s) nəvəsinə yas tutur, matəm keçirirlər. Bu hadisə Əməvi sülaləsinə qarşı ciddi etirazlara səbəb olur. Bir il sonra Mədinə və daha sonra Məkkə şəhərlərində üsyan və etirazlar baş verir. Nəticədə xəlifənin orduları Mədinə və Məkkə kimi müqəddəs şəhərlərə hücum edir. Həmçinin İraqda Muxtarın üsyanı baş verir, Əməvi sülaləsi ciddi zərbələr alır.

İmam Hüseynin (ə) köməksiz vəziyyətdə 100-ə yaxın adamı ilə birlikdə böyük bir ordu tərəfindən qətlə yetirilməsi, Peyğəmbər ailəsinin əsir alınaraq saraya aparılması böyük kədərə və eyni zamanda nifrətə səbəb olur. Sonrakı illərdə insanlar hər il Aşura - Məhərrəm günlərində, həmçinin Aşuranın 40-cı günü Kərbəlaya gedərək yas saxlayır. Tarixdə İmam Hüseynə (ə) ilk matəm mərasimi şəhadətindən 40 gün sonra səhabə Cabir ibn Abdullah Ənsari tərəfindən keçirilir. Buna görə də hər il İmam Hüseynin şəhadətinin 40-cı günü böyük izdihamla qeyd olunur. Ancaq həm Əməvilər dövründə, həm də daha sonra Abbasilər dövründə İmam Hüseynə (ə) yas saxlamaq, qəbrinin ziyarəti asan olmayıb. Hətta hakimiyyəti “Əli övladlarının qisası” şüarı ilə ələ keçirən Abbasi xəlifələri Aşura və Məhərrəmlik mərasimlərini özlərinə qarşı təhlükə olaraq görüb. Abbasi xəlifələri bir neçə dəfə Kərbəlada İmam Hüseynin (ə) məzarını dağıtdırıblar. Ancaq hər dəfə xalq siyasi hakimiyyətlərə rəğmən Kərbəlanı, ziyarəti və əza məclislərini qoruyub saxlayıb. Kərbəla hadisəsi yazıya alınmış tarixdir. Bu hadisə barədə çoxlu sayda yazılı mənbələr, tarixi əsərlər mövcuddur. Eyni zamanda bu hadisə İslam tarixində xüsusi iz qoyan və qoymaqda davam edən hadisədir. Əhli-Beytə, İmam Hüseynə (ə) sevgi islam aləmində dərin iz qoyub, bir çox məktəblərin təsəvvüf cərəyanlarında ana xəttə çevrilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri