Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” Maykl Karrik

“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” Maykl Karrik

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, ingiltərəli mütəxəssis Azərbaycan təmsilçisini yaxşı tanıdıqlarını və rəqibin güclü tərəflərinin fərqində olduqlarını bildirib.

“Sabah”dan nə gözləyirsiniz?” suallna cavab olaraq Kerrik deyib: “Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

Karrik Çempionlar Liqasında komandasının qarşısına böyük hədəflər qoyduğunu, lakin bununla yanaşı realist olmağın vacibliyini vurğulayıb: “Turnirdə irəli getmək üçün növbəti addımı atmaq özümüzdən asılıdır. Təvazökar və realist olmalıyıq. Bruno Fernandes indiyədək Çempionlar Liqasında cəmi bir pley-off mərhələsində oynayıb. İrəliləmək bizim əlimizdədir. İstədiyimiz yerə mümkün qədər tez çatmaq istəyirik, amma bunun üçün hansı addımların atılmalı olduğunu da başa düşməliyik. Biz həqiqətən böyük işlər görməyə qadirik. İstənilən rəqiblə qarşılaşıb qalib gələ bilərik”.

“Mançester Yunayted”in son illərdə Avropa turnirlərindəki nəticələri barədə danışan Karrik keçmişə realist yanaşmağın vacibliyini qeyd edib: “Yaxın keçmişdə hansı nəticələrimizin olduğunu anlayacaq qədər təvazökar olmalıyıq. Bu, uğur qazanmaq istəyimizi və gözləntilərimizi azaltmır. Amma realist olmaq lazımdır. Əsas məsələ qarşıda bizi nələrin gözləməsidir. Bu mərhələyə hazır olan komandamız var. Öyrənməyə və inkişaf etməyə davam etməliyik”.

Baş məşqçi “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib: “Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.

Sıx təqvim və qarşıdakı Mançester derbisi ilə bağlı Karrik deyib: "Bu, məni narahat etmir. İdeal vəziyyət deyil, amma bununla bağlı edə biləcəyimiz çox şey yoxdur. Bizə düşən vəziyyətə uyğun hərəkət etməliyik”.

Karrik “Mançester Yunayted”in Çempionlar Liqasında mümkün qədər uzun müddət mübarizə aparmaq istədiyini də vurğulayıb:

“Əsas çağırış budur – Çempionlar Liqasında qalmağa davam etmək. Bura gəlmək üçün yaxşı iş görmüşük, amma irəliləmək istəyirik. Bizdə nəyəsə nail ola biləcəyimizə dair gözlənti, ümid və inam olmalıdır. Cavab həmişə qələbə qazanmaqdır. Nə qədər çox oyun qazansaq, turnirdə daha irəli getmək şansımız da bir o qədər çox olar”.

“Mançester Yunayted”in baş məşqçisi Çempionlar Liqasının onun üçün xüsusi turnir olduğunu bildirib:

“Bu, sehrli turnirdir. Biz məhz burada olmaq istəyirik. Bu fürsətdən maksimum yararlanmaq niyyətindəyik. İllər ərzində bu turnirdə xüsusi gecələrin şahidi olmuşuq. Ən yaxşılarla qarşılaşaraq özünü sınamaq üçün ən yaxşı yarışdır. Burada olduğumuz üçün çox şadıq, amma bura sadəcə bu anın dadını çıxarmaq üçün gəlməmişik. Biz bura işimizi görməyə gəlmişik”.

Karrik futbolçu kimi Çempionlar Liqasını qazanmasını karyerasının ən böyük uğuru adlandırıb:

“Bəli, şübhəsiz, futbolçu kimi yaşadığım ən gözəl hiss idi. Uzun illər yüksək səviyyədə oynamaq insana məmnunluq verir, amma Çempionlar Liqasını qazanmaq yaşadığım ən gözəl hissdir. Bunu yenidən yaşamaq çox gözəl olardı”.

Xatırladaq ki, “Mançester Yunayted” - “Sabah” oyunu sentyabrın 10-u “Old Trafford”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri