Sabah Premyer Liqada növbəti qələbəsini qazandı
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
88-ci dəqiqədə Kahim Parris fərqlənib.
Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.
Günün ilk görüşündə "Şamaxı" "İmişli" ilə bərabərə qalıb - 0:0.
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazandı Yeni Sabah
10 Noyabr 2024 20:58
Turan Tovuz Premyer Liqada növbəti qələbəsini qazandı
02 Noyabr 2025 19:51
“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazandı Yeni Çağ Media
10 Noyabr 2024 21:00
Qarabağ Premyer Liqada növbəti qələbəsini QAZANDI
11 Aprel 2025 21:33
Qarabağ Premyer Liqada növbəti qələbəsini qazanıb
10 Noyabr 2024 20:55
Baxış sayı:138
Bu xəbər 22 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















