Icma.az
close
up
RU
“Sabah” qışdan sonra qələbəyə həsrətdi

“Sabah” qışdan sonra qələbəyə həsrətdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sabah (Bakı) – Sumqayıt 0:0
1. Yusif İmanov – 5,5
2. Amin Seydiyev (k) – 6,0
44. Sofian Çakla – 5,5
3. Con İrasabal – 6,0
40. İqor Noqeyra – 5,5
6. Abdullax Xaybulayev – 5,0
(9. Anatoli Nuriyev, 52) – 5,0
7. Boyan Letiç – 5,5
88. Xəyal Əliyev – 6,0
(5. Rəhman Daşdəmirov, 73) – 4,5
18. Pavol Şafranko – 5,5
(20. Coy-Lens Mikels, 73) – 4,5
70. Cesse Sekidika – 6,5
(11. Kahim Parris, 78) – 5,0
12. Vinsent Til – 5,5
(99. Neqoş Kupusoviç, 46) – 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
77. Şakir Seyidov
13. İvan Lepinitsa
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Cesse Sekidika
1. Mehdi Cənnətov – 5,5
6. Vüqar Mustayafayev (k) – 5,5
(66. Ruslan Əliyev, 90) – qiymətsiz
75. Nadir Orucov – 5,5
5. Alan Dias – 5,5
7. Rövlan Muradov – 5,5
(20. Ayxan Süleymanlı, 82) – qiymətsiz
14. Elvin Bədəlov – 5,0
8. Səbuhi Abdullazadə - 6,0
12. Georgi Karaişvili – 5,0
(60. Tresor Mossi, 82) – qiymətsiz
77. Casurbek Caloliddinov – 5,5
19. Roy Kehat – 5,5
30. Kamran Quliyev – 5,0
(11. Momo Yansane, 57) – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
41. Uğur Cahangirov
29. Qabil Əlizadə
24. Sənan Muradlı
57. Hüseyn Fərəcli
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Səbuhi Abdullazadə
Vərəqə: C.Caloliddinov, 52 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Rəhman İmami (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
25 yanvar. Bakı. “Bank Respublika Arena”. 1001 tamaşaçı (9000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Turun diqqətçəkən matçlarından biri də Masazırda keçirildi. Hər iki komanda üçün bu oyunun əhəmiyyəti böyük idi. Çünki “Sabah” ilk “4-lük”ə yaxınlaşmaq niyyətindəydisə, “Sumqayıt” da qələbə qazanıb “bayquşlar”la aradakı 7 xal fərqini əritmək istəyirdi.

İlk dəqiqələrdə tərəflərin kəsərsiz hücumlarına şahidlik etdik. İlk real qol vəziyyəti meydan sahiblərindən gəldi. 17-ci dəqiqədə Xəyal Əliyev irəlidə olan Sekidikaya ötürmə verdi. Sekidika iki futbolçunu aldadıb zərbə endirsə də, top dirəkdən qayıtdı. 1 dəqiqə sonra Sekidikanın künc zərbəsindən qapı qarşısına ötürməsini Çakla qeyri-dəqiq zərbə ilə tamamladı. 25-ci dəqiqədə “Sabah”ın növbəti təhlükəli hücumuna şahidlik etdik. Sekidika Nadir Orucovdan yayınıb zərbə endirsə də, top yenə dirəyə tuş gəldi. 30-cu dəqiqədə Vinsent Til Şafrankoya ötürmə verdi. Pavol topu Vinsentə qaytardı. Til Xəyal Əliyevə doğru ara ötürməsi versə də, Mehdi Cənnətov gənc hücumçunun zərbə endirməsinə mane ola bildi. 41-ci dəqiqədə Til uzaqdan bəxtini sınasa da, zərbəsi qeyri-dəqiq oldu. Xəyal – Til - Sekidika kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. İlk hissənin sonlarında Amin Seydiyevin cərimə meydançasına doğru ötürməsinin qarşısını Elvin Bədəlov və Roy Kehat ala bilmədi. Bunu fürsət bilən Şafranko zərbə endirsə də, “çərçivə”yə düşmədi.
İlk hissədə qonaqların ifasında təhlükəli vəziyyətlə şahidlik etmədik. Nəhayət, “Sumqayıt”ın ilk təhlükəli vəziyyəti 50-ci dəqiqəyə təsadüf etdi. Casurbek – Kehat - Səbuhi kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. 55-ci dəqiqədə Rövlan Muradovun cərimə zərbəsindən qapı qarşısına ötürməsini Kehat qeyri-dəqiq baş zərbəsi ilə tamamladı. Saniyələr sonra Şafrankodan ötürmə alan Kupusoviç çevrilib zərbə endirsə də, Mehdi Cənnətov yerində idi. Bir dəqiqə sonra Amin Seydiyevin qapı qarşısına ötürməsini Sekidika baş zərbəsi ilə tamamlamaq istədi. Ancaq Mehdi topu iki cəhdə tutdu. Son 20 dəqiqə də “Sabah”ın hücumları şəraitində keçdi. Şafranko, Mikels, Parris, Kupusoviç hesabı açmağa yaxın oldu. Amma 0:0 hesabı sona qədər qorundu. Bu isə o deməkdi ki, “Sabah” ardıcıl 2-ci oyunda qələbəyə həsrət qalmaqla hədəflərindən bir qədər də uzaq düşdü.
Gözdən qaçmadı
Rəşad Əhmədov 2-ci hissəsin əsas vaxtına 6 dəqiqə artırıldığını göstərən zaman Vaqif Cavadov “nə oldu, bəs bayaq 5 dəqiqə idi” dedi.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri