Icma.az
close
up
RU
“Sabah sona kimi mübarizə aparmağı bacarmalıyıq” Qurban Qurbanov

“Sabah sona kimi mübarizə aparmağı bacarmalıyıq” Qurban Qurbanov

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Yenidən bu şəhərdə olmaq çox xoşdur. Hər iki komandaya uğurlar arzulayıram. Bizi çox istəkli rəqibə qarşı oyun gözləyir. Həm baş məşqçilərinin, həm futbolçuların açıqlamalarından hiss olunur ki, Çempionlar Liqasının Liqa mərhələsində oynamağı çox istəyirlər. Amma biz də bunu istəyirik. Sabah düzgün oynamağa çalışmalıyıq. Biz də istəkli olmalıyıq. İnanmıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı nəticə əldə etmək istəyirik.

– 3 il əvvəl “Ferentsvaroş”la qarşılaşmısız. Həmin komanda ilə indikini müqayisə edə bilərsiz?

– Futbol elə oyundur ki, daim dəyişir. 2022-ci illə müqayisədə “Ferentsvaroş”da çox şey dəyişib. Baş məşqçi, futbolçular. Bizdə də xeyli dəyişikliklər olub. Sabahkı matç hər ikimiz üçün maraqlı olacaq. Cavab oyununda bir-birimizi daha yaxşı tanıyacağıq. Sabah sona kimi mübarizə aparmağı bacarmalıyıq.

– Sizcə 3 il vvəlki “Ferentsvaroş” güclü idi, yoxsa indiki?

– “Ferentsvaroş” həddindən artıq sürətli oynayır, hücuma çox sürətli çıxırlar. Bu komanda bizim əvvəl oynadığımız “Ferentsvaroş”dan tam fərqli sistemdə oynayır. Daha dinamik bir kollektiv var. Baş məşqçi futbolçulardan sürətli oyun tələb edir. Biz daha çox topa sahib olmağa çalışırıq. Bizim üçün heç də asan olmayacaq. Amma bu cür rəqiblərə qarşı oynamışıq.

– 17 ildir “Qarabağ”dasız. Bu illər ərzində futbolçular dəyişib, amma komandanın nəticələri həmişə yaxşı olub. Bunun səbəbi nədir?

– Sadəcə olaraq meni dəyişmirlər. Ona görə 17 ildir buradayam.

– Robbi Kin bildirdi ki, sabahkı oyunda əsas məqsədimiz qol buraxmamaqdır. Bəs sizin məqsədiniz nədir?

– Bəli, onun fikirlərini oxudum. Deyib ki, çox yaxşı hücum xəttimiz var. İstənilən an rəqib qapısına qol vura bilərlər. Bunu arxayın olaraq deyib. Belə oyunlarda qalib gəlmək istəyirsənsə, öncə qapını toxunulmaz saxlamağı bacarmalısan. Bu, çox vacibdir. Bununla yanaşı nəticə vermək üçün yaradıcı olmalıyıq. İlk məqsədiniz rəqibin qapısına qol vurmaqdır. Əlbəttə ki, qol buraxmasaq, yaxşı olar. Həm burada, həm də Bakıda maksimum hücumda olmağa çalışacağıq.

– Kadi Borges sizə “Ferentsvaroş” haqda məlumat verib?

– Xeyr, mən belə halları xoşlamıram. Bir az qeyri-etikdir. Mən və köməkçilərim rəqib haqda məlumat toplamışıq. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Avqust 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri