Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar Qurban Qurbanov
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ" futbolçuları "Napoli" (İtaliya) ilə matçda cəsarətli oyun göstəriblər.
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis səfər matçındakı məğlubiyyəti şərh edib:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər. Bu cür davam etməliyik. Dünən də qeyd etdiyim kimi, hər matçdan həzz almağa çalışırıq".
Q. Qurbanov meydanı tərk etmək məcburiyyətində qalan Kevin Medinanın əvəzlənməsindən danışıb:
"Bu cür gərgin matçlarda planlaşdırılmamış əvəzetmələr bəzən qarşılaşmanın taleyinə təsir göstərə bilir. O, sona qədər meydanda qalsaydı, bəlkə, futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət "Napoli"nin olmalı idi".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















