Icma.az
close
up
RU
Sabahdan Rusiyadakı azərbaycanlı miqrantların qara günləri başlayır: Deportasiyaya start

Sabahdan Rusiyadakı azərbaycanlı miqrantların qara günləri başlayır: Deportasiyaya start

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər vermişdik ki, bu ilin fevralın 5-dən etibarən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri əcnəbiləri ölkəyə giriş və qalma qaydalarını pozduqlarına görə Rusiyadan çıxarmaq hüququna malik olacaqlar.

Bu həftədən etibarən Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşlarına müəyyən qanun pozuntularına görə əcnəbiləri ölkədən çıxarmaq hüququ verən yeni qanun qüvvəyə minir. Bu cür pozuntulara ölkəyə giriş qaydalarına əməl edilməməsi, ölkədə qalma və ya yaşama qaydalarının pozulması daxildir. Təbii ki,  Rusiya - Azərbaycan münasibətlərinin gərgin dönəmində bunun azərbaycanlılardan yan ötəcəyinə inam yoxdur, bununla belə digər qonşu dövlətlər də bu qanundan öz "payları"nı alacaq.


Adalet.az xəbər verir ki, erməni mediası bununla bağlı həyəcan siqnalı çalıb. Erməni ekspertlər bildirir ki, bu dəyişikliklər son aylarda artıq sərt nəzarətə məruz qalan erməni miqrant işçilər üçün deportasiyaların və ölkəyə giriş qadağalarının kəskin artmasına səbəb olacaq.
2024-cü il dekabrın 1-dək Rusiya hakimiyyəti Ermənistan vətəndaşlarına qarşı 1100 deportasiya qərarı qəbul edib . Bu barədə ER Daxili İşlər Nazirliyi “Ampop Media”ya
Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsi daha geniş strategiyanın bir hissəsidir. 2024-cü ilin noyabrında Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilin əvvəlindən “miqrasiya siyasətinin təkmilləşdirilməsinə” yönəlmiş 13 qanunun qəbul edildiyini açıqlamışdı. 2025-ci ildə qüvvəyə minəcək bu qanunvericilik dəyişiklikləri müvafiq sənədləri olmadan Rusiyada olan xarici vətəndaşların hüquqlarını kəskin şəkildə məhdudlaşdıracaq .
2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək qanun xarici vətəndaşların Rusiyada vizasız qalma müddətini altı aydan təqvim ili üçün cəmi 90 günə endirəcək.
Yeni deportasiya tədbirləri sabahdan qüvvəyə minəcək , Rusiyada qalmaq üçün qanuni əsasların olmaması səbəbindən nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş şəxsləri hədəf alacaq.
Bundan başqa Rusiyada miqrant uşaqları rus dilini bilmədən məktəbə qəbul edilməyəcək. Rusiya Federasiyasının Dövlət Duması həmin ölkənin dilini bilməyən miqrant uşaqların rus məktəblərinə qəbulunu qadağan edən qanun qəbul edib, onların dil səviyyəsinin təhsil proqramlarını mənimsəmək üçün yetərli olduğunu təsdiq edən bilik testindən keçirəcək.
İmtahandan keçə bilməyən uşaqlar məktəbə gedə bilməyəcəklər. Qanunda həm də qeyri-qanuni statusu olan miqrantların övladlarının təhsil müəssisələrinə buraxılmayacağı qeyd olunub.
Son olaraq bir faktı xatırladırıq: Rusiyanın təkcə Sverdlovsk vilayətinin məhkəmə icraçıları 2024-cü ildə 4200-dən çox qanunsuz miqrantı ölkəsinə göndərib ki, bu da 2023-cü illə müqayisədə 1872 nəfər çoxdur.
Rusiya media bildirir ki, 2024-cü ildə 1627 Tacikistan, 1531 Özbəkistan, 785 Qırğızıstan və 117 Azərbaycan vətəndaşı vilayətdən çıxarılıb. Yerdə qalanlar isə Seneqal, Vyetnam, Gürcüstan, Misir, Kamerun, Konqo, Çin vətəndaşlarıdır. Qeyd edilir ki, bütün əcnəbilər Sverdlovska pul qazanmaq üçün gəliblər.


Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri