Icma.az
close
up
RU
Rusiyada miqrantların “qara günləri” başlayır sabahdan soydaşlarımız...

Rusiyada miqrantların “qara günləri” başlayır sabahdan soydaşlarımız...

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Fevralın 5-dən, yəni sabahdan Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı iki yeni qanunun icrası başlanır. Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır. İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.

Bundan əlavə, fevralın 5-dən daha üç yeni qanunun qüvvəyə minəcəyi bildirilib. Bu qanunlar çətin şəraitdə yaşayan uşaqlara dəstək, kreativ sənayenin inkişafı və müsadirə olunmuş əmlakın regionların mülkiyyətinə verilməsi ilə bağlıdır. Miqrant ailələrinin uşaqlarını da çətinliklər gözləyir.

Qeyd edək ki, Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy rəsmi rəqəmlər barədə danışarkən məlumat verib ki, Rusiyada qeyri-qanuni 670 min miqrant var. “Onların yarıdan çoxu qadınlar və uşaqlardır. Bu insanların hüquqi statuslarını müəyyən etmək üçün 30 aprelə qədər vaxtı var. Bu tarixdən sonra sistemlərimiz qanunu pozanları avtomatik olaraq nəzarət edilənlərin reyestrinə daxil edəcək. Bu o deməkdir ki, rəsmi qeydiyyatdan keçməyən və heç bir qanun pozuntusu törətməyən miqrantlara sənədlərinin rəsmiləşdirilməsi üçün möhlət verilir. May ayından etibarən isə onlar deportasiya olunacaqlar”, - deyə DİN rəsmisi məsələyə aydınlıq gətirib.

REAL Partiyasının sədri Natiq Cəfərlinin fikrincə, Azərbaycan dövləti ölkə vətəndaşlarının dünyanın istənilən yerindən vətənə gətirilməsi üçün əməli addımlar atmalıdır. “Yeni Müsavat”a şərhində partiya sədri qeyd etdi ki, lazım gələrsə, quru sərhədlərin həmin şəxslərin üzünə açılması və onların ölkəyə daxil olmasına şərait yaradılmalıdır: “Bu vətəndaşlarımız Azərbaycan üçün təhlükə mənbəyi deyil. Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə bir yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqrantları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiya miqrasiya qanunvericiliyi kifayət qədər sərtləşdirilib. S.Məmmədov Rusiyanın BMT-nin “Əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi” haqqında Konvensiyanın tərəfdarı olmadığına diqqət çəkdi: “Bu, yalnız Azərbaycandan olan miqrantlar üçün deyil, Mərkəzi Asiya regionu, o cümlədən digər regiondan Rusiyaya işləməyə gedənlər üçün kifayət qədər çətinlik yaradır. Bu çətinliklərdən biri budur ki, əvvəllər Rusiyaya daxil olub 3 ay qaldıqdan, giriş-çıxış etdikdən sonra yenidən qayıtmaq mümkün idisə, bundan sonra bu mümkün olmayacaq, yalnız 90 gün qalmağa icazə veriləcək. Əməkçi miqrantlar giriş-çıxış etməklə illərlə Rusiyada qala bilirdilər. Eyni zamanda hesab edirəm ki, bir sıra sərtləşmələr bir çox şəxsin geri dönməsinə gətirib çıxaracaq. Miqrantlardan neçə nəfərin geri dönəcəyini, neçə nəfərin isə Rusiyanın yeni qanunlarına uyğunlaşıb qala biləcəyini deyə bilmərəm. İstənilən halda azərbaycanlı miqrantların geridönüşü gözləniləndir. Dəqiq statistika bəlli olmadığı üçün miqrantların qayıdışının əmək bazarını daha da gərginləşdirəcəyi barədə dəyərləndirmə aparmaq çətindir. Hər bir halda istənilən işçi qüvvəsinin geri qayıdışı Azərbaycanda işsizlik statistikasına təsir edə bilər. Əminəm ki, müvafiq qurumlar, o cümlədən ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi əlavə çətinliklərin yaranmaması üçün lazımi tədbirlər planlaşdırırlar”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri