“Sabah”dan yaxşı oyun və qələbə gözləyirəm”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start veriləcək. Azərbaycan təmsilçisi “Sabah” Bakıda “Slaviya” ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.
Milli komandanın sabiq məşqçisi Vaqif Sadıqov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– “Sabah” bu gün ikinci oyununa çıxacaq. “Slaviya” ilə görüşdən gözləntiləriniz nələrdir?
– Düşünürəm ki, çempionumuz layiqli mübarizə aparıb, yaxşı nəticə qazanacaq. Oyuna böyük azarkeş marağı var. Bu, komandanı daha da ruhlandıracaq. “Sabah”dan yaxşı oyun və qələbə gözləyirəm.
– Azərbaycan klublarının Çexiya təmsilçilərinə qarşı rəsmi oyunlarda qələbəsi yoxdur…
– Hər seriya bir gün qırılmalıdır. Məncə, “Sabah”ın bunun üçün yaxşı gücü və imkanı var. Qısa müddətdə yaranmasına baxmayaraq, çoxlu ilklərə imza atan klubdur. İnanıram ki, bu gün də bu seriyanı qıracaqlar.
– “Slaviya” daha təcrübəlidir və kifayət qədər yaxşı heyəti var. Sizcə, onları büdrətməyin yolu nədir?
– “Sabah” birinci turda “Mançester Yunayted”ə məğlub olsa da, kifayət qədər cəsarətli oynadı. Onların ən böyük üstünlüyü budur. Rəqibdən, məkandan asılı olmayaraq, istənilən komandaya qarşı böyük inamla oynayırlar. Bu gün də istəkli olacaqlar. Düşünürəm ki, Dambrauskas rəqibi təhlil edib və onların zəif tərəflərini artıq bilir.
– “Sabah” “Neftçi” ilə ağır oyundan çıxdı. Bu, komandanın fiziki durumuna necə təsir edəcək?
– Doğrusu, Dambrauskas liqa matçına əsas heyətlə çıxdı və rotasiyalardan az istifadə etdi. Görünür, hədəfi komandanı tonusda saxlamaqdır. Məncə, fiziki durumda da problem olmayacaq. “Sabah” özünəməxsus oyun üslubuna sahib komandadır. Rotasiya imkanları da var və bundan istifadə edə bilərlər.
Şahin Cəfərov
Baxış sayı:102
Bu xəbər 13 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















