Icma.az
close
up
RU
“Sabah”ı kim və nə dayandıra bilər?

“Sabah”ı kim və nə dayandıra bilər?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu mövsüm Azərbaycan çempionatında nadir hallarda gördüyümüz çempionluq intriqası yaşanır.

Uzun illərdi ölkə futbolunda hegemonluq edən, titulları sıralayan “Qarabağ”a “əlcək atan” komanda var. “Sabah” ölkə futbolunun bugünü və sabahı olmağa iddialıdı. Uzun müddətdi lider olan Valdas Dambrauskasın komandası ən yaxın izləyicisini – son çempion “Sabah”ı 7 xal qabaqlayır.
Düzdü, ağdamlıların ehtiyatda bir oyunu da var. Bəs bundan sonra paytaxt təmsilçisini kim və nə dayandıra bilər? “Qarabağ” indi çempionluğa, yoxsa ölkə kubokunu qazanmağa köklənməlidi? Təcrübəli mütəxəssis Aslan Kərimov “Football-plus.az”ın suallarını cavabladı:

“Ölkə çempionatında istənilən rəqibi istənilən rəqib saxlamaq iqtidarındadı. “Sabah” yaxşı performans yaxalayıb, bunu hər oyun bir neçə qol vurmaqla təsdiqləyir. “Qarabağ” öz yerində, “bayquşlar”ın “Neftçi”, “Turan Tovuz”, “Zirə” ilə oyunları da asan olmayacaq. “Qəbələ”yə 7 qol vurmaq güc göstəricisidi. Amma bu o demək deyil ki, həmin nəticəni bütün komandalara qarşı göstərə bilərlər. Ardıcıl qələbələr qazanmaq çətin olacaq. “Sabah” çempion olmaq istəyirsə, bu heç də asan baş verməyəcək. Başqaları liderə qarşı ikiqat motivasiya ilə oynayacaq. Digər tərəfdən, “Qarabağ”, ümumiyyətlə, düşünməz ki, kubokda şans qalmayıb, çempionata köklənək. Məncə, ağdamlıların da birinci hədəfi çempionluqdu. Bu yolda xal itirməməyə çalışacaqlar. ÇL-lə paralel çempionatda mübarizə aparmaq çətin idi. Heyət dəyişəndə keyfiyyətə və nəticələrə təsir edirdi. Buna görə də 7 xallıq fərq yarandı. İndi isə çempionata daha rahat köklənəcəklər. Qarşıda onları kubok oyunları gözləsə də, prioriter çempionat olacaq. Şəxsi oyunlarda “Qarabağ” qalib gəlsə, xal fərqi daha da azalacaq. Hər iki komandanın bütün oyunlarda qələbə qazanması o qədər də asan olmayacaq. “Sabah”ın təcrübəsinin az olması da onu deməyə əsas verir ki, hardasa büdrəyə, xal itkisinə məruz qala bilərər. Yetərincə çox oyun qalıb. Çempionatın sonları olduqca maraq doğurur. Hər iki komandanın çempionun kimliyi ilə razılaşdığına inanmıram. Hər an vəziyyət dəyişə bilər. Heç nə bitməyib, mübarizə sonadək davam edəcək”.


MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Mart 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri