Sabahın baş məşqçisi: Rotasiya ilə bağlı problemlərimiz davam edir
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir".
Sportal.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Avropa kubokunun qrup mərhələsində "Marussi"yə səfərdəki məğlubiyyəti şərh edib:
"Oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu əsas problemdir. Səhvlərimiz də oldu. FIBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir”.
"Sabah" "Marussi"yə səfərdə 71:82 hesabı ilə uduzub. Azərbaycan çempionu qrupdakı bütün görüşlərini məğlub başa vurub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















