Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə millisinin baş məşqçi postu ilə bağlı diqqətçəkən yenilik baş verib.
Bakıvaxtı.az "A Spor"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi vəzifəsi üçün Sergen Yalçına təklif göndərib.
Yığma komandanın yeni çalışdırıcısının kim olacağı maraqla gözlənildiyi bir vaxtda, bütün diqqətlər TFF-nin İdarə Heyətinə yönəlib.
Yekun qərarın qurumun sabah keçiriləcək iclasından sonra açıqlanması ehtimal olunur.
Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb.
Xatırladaq ki, italiyalı məşqçi Vinçenzo Montella ilə yollarını ayıran TFF yığmanı gənc çalışdırıcı Arda Turana tapşırmağı hədəfləmişdi. 39 yaşlı məşqçi isə "Şaxtyor Donetsk"dən ayrılmaq istəmədiyini bildirərək, yığmaya rəhbərlik etmək planlarının olmadığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















