"103"lə bağlı ciddi problem: Zənglər Ağstafaya düşür, həkim gəlmir
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Qazax rayonunda təcili tibbi yardım çağırmaq sakinlər üçün ciddi problemə çevrilib.
"Bakupost" xəbər verir ki, rayonun "Təzə məhəllə" adlanan ərazisinin sakinləri "103" çağırış mərkəzinə zəng etdikdə müraciətlərinin Ağstafa rayonuna yönləndirildiyini bildirirlər. Oradan isə əraziyə xidmət göstərilmədiyi deyilir və sakinlərə başqa nömrəyə zəng etmək tövsiyə olunur.
Rayon sakini Cavanşir Raqifoğlunun sözlərinə görə, bu gün səhər saatlarında atasının vəziyyəti ağırlaşıb və o, beyin qanaması keçirib. Bu zaman anası təcili tibbi yardıma zəng etsə də, əraziyə briqada göndərilməyəcəyi bildirilib.
Şikayətçinin bildirib ki, ona təqdim edilən nömrə şəhər telefonuna aiddir və zəng etmək üçün balansda vəsait olmalıdır. Mobil telefondan istifadə edə bilməyən anası isə səhər saat 6-da kömək istəmək üçün qonşuların qapısını döyməyə məcbur qalıb.
C.Raqifoğlu qeyd edib ki, Əli Mustafayev, Xaqani və Osman Sahibəyli küçələrində yaşayan sakinlər bu problemlə üzləşirlər. Onun sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, məsələ həllini tapmayıb.
"Biz Əli Mustafayev küçəsində yaşayırıq. Bu gün səhər saatlarında atamın halı pisləşib. Beyin qanaması keçirib, çox ciddi xəstədir. Anam "103"ə yığanda, deyiblər ki, biz ora yardım göndərmirik, filan nömrəyə zəng edin. Anam da telefondan istifadə etməyi bacarmır, sadəcə vatsap işlədir. Səhər saat 6-da qonşuların qapısını döyüb ki, mənə təcili yardım çağırın.
Yəni bu qədər çətin olmamalıdır. Bu məsələ ilə bağlı araşdırma aparın, problemi həll edin. Canımızı bu qədər ucuz tutmayın!"
Məsələ ilə bağlı TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 19 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















