“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Bakı metrosunda Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Gununsesi.info bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək. Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qeyd edilib ki, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində Çex Respublikasının “Slaviya” klubu ilə saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 13 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















