Icma.az
close
up
RU
“Sabahın Ulduzları” layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlar keçiriləcək

“Sabahın Ulduzları” layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlar keçiriləcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

AFFA-nın qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq, assosiasiya və Bakı Futbol Federasiyasının (BFF) birgə qərarı ilə U-13 və U-14 yaş qrupları üzrə “Sabahın Ulduzları” layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlar keçiriləcək.

Bu barədə AZƏRTAC-a BFF-dən məlumat verilib.

Yarışın əsas məqsədi paytaxtda, eləcə də ölkəmizin hər yerində futbolun təbliğinə dəstək olmaq, uşaqlara milli ruhu aşılamaq, sağlam rəqabətli mühit formalaşdırmaq, istedadlı futbolçuları üzə çıxarmaq, onların yaxın gələcəkdə peşəkar futbolçu kimi yetişmələri üçün şərait yaratmaqdır.

Qeyd olunan yaş qruplarının hər birində 12 komanda mübarizə aparacaq. Yarışlara Peşəkar Futbol Komandaları, futbol məktəblərini ölkə çempionatında təmsil edən, həmçinin idman prinsiplərinə və “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda oyunların Əsasnamə tələblərinə cavab verən kollektivlər buraxılacaq.

Birdövrəli sistem üzrə keçiriləcək yarışın əsas mərhələsində “ilk dörd” pillədə qərarlaşan komanda yarımfinalda oynamaq hüququ qazanacaq.

“Sabahın Ulduzları” layihəsi təkcə yarış xarakteri daşımır. Bu, həm də uşaq futbolunda komanda ruhunun gücləndirilməsinə, yetişən nəsildə peşəkar təməl prinsipləri ilə bərabər idman mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarış mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək.

Yenidən bərpa olunan “Sabahın Ulduzları” layihəsi Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Ceyhun Nuriyev, Emil Balayev, Musa Qurbanlı, Coşqun Diniyev, Abbas Hüseynov, Rahil Məmmədov, Rza Cəfərov, Ağadadaş Salyanski, Namiq Ələsgərov, Azər Salahlı, Murad Məmmədov və digər futbolçuların, Əliyar Ağayev kimi hakimlərin, eyni zamanda gənc məşqçilərin, klub idarəçilərinin yetişməsində, onların inkişafında mühüm rol oynayacaq, Azərbaycan futboluna öz töhfələrini verəcək.

Qeyd edək ki, ilk turun oyunları mayın 4-5-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri