Sabiq icra başçısının şirkətində yoxlama: 600 min sanksiya tətbiq edildi
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibovun rəhbəri olduğu şirkətdə yarım milyon manatdan çox vergindən yayınma faktı aşkar edilib.
Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib.
Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində şirkət barəsində 400.100,35 manat əlavə vergi, 200.050,18 manat maliyyə sanksiyası hesablanıb.
MMC-nin hazırda Lokal Gəlirlər Baş İdarəsinə 338.298,8 AZN vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Kaspian Biznes Servisez" MMC-nin qanuni təmsilçisi Həbibov Rauf Xeyrulla oğludur. Onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Rauf Həbibov 1 oktyabr 2007-ci ildən 2012-ci ilin mart ayınadək Quba Rayonu İcra Hakimiyyətinin başçısı olub.
Əhməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 11 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















