Icma.az
close
up
RU
Sabiq nazir: İrəvan Trampın sülh təşəbbüsünü icra etsə...

Sabiq nazir: İrəvan Trampın sülh təşəbbüsünü icra etsə...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Bu məsələ ilə bağlı rəsmi məlumat ondan ibarətdir ki, Ermənistanın konstitusiya və digər sənədlərində yer alan Azərbaycana aid ərazi iddialarının aradan götürülməsi şərti qüvvəsində qalır".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənsitan XİN rəhbəri Ararat Mirzoyanın sülh sazişinin imzalanması üçün Azərbaycanın guya "əlavə şərtlər" irəli sürdüyü barədə bəyanatını şərh edərkən deyib.

Ekspert bildirib ki, Mirzoyanın avqustun 8-dən iki ay keçəndən sonra, regionda diplomatik dinamikanın yenidən artdığı bir zamanda həmin məsələyə toxunması Paşinyanın Moskvaya olan son səfərilə bağlıdır:


"Paşinyanın Moskvaya səfərindən sonra ciddi şəkildə ona bildiriblər ki, İrəvan Trampın sülh təşəbbüsünü icra etsə, onun problemləri olacaq. İrəvan açıq şəkildə Trampla əldə edilən razılıqdan imtina etmək istəmir. Ona görə də müxtəlif addımlar atırlar ki, Azərbaycanı günahkar çıxarsınlar.  Bu, silsilə olaraq Azərbaycana qarşı əsassız iradlar səsləndirmək onların taktikasıdır. Mirzoyanın bəyanatı da məhz bundan irəli gəlir. Ondan qabaq Paşinyan da Zəngəzur dəhlizi ifadəsindən xoşunun gəlmədiyi, konstitusiyanı dəyişsələr də onun Azərbaycanın tələblərilə əlaqəli olmadığına dair bəyanatlar səsləndirib".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı son proseslər barədə danışıb. Müsahibəsində Mirzoyan bildirib ki, guya Azərbaycan sülh sazişinin imzalanması üçün "əlavə şərtlər" irəli sürür: 

"Biz sənədi imzalamağa hazırıq. Lakin Azərbaycan  tərəfi əlavə şərtlər irəli sürür və  biz bununla razı deyilik. Bununla belə,  proses imza mərhələsini gözləmədən də  davam edir. Məsələn, biz artıq birlikdə  ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın".

Bununla yanaşı, Mirzoyan Azərbaycanın hansı konkret şərtləri irəli sürdüyü barədə heç bir açıqlama verməyib. Mirzoyan bu  məsələyə avqustun 8-dən sonra ilk dəfə məhz indi, yəni regionda diplomatik dinamika yenidən artdığı bir zamanda toxunur. Digər tərəfdən, Mirzoyanın bu  sayaq bəyanatı baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə yaxınlarda baş tutan görüşündən sonra səsləndirməsi də maraq doğurur. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri