Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Trampın möcüzəsi: Bakı ilə İrəvan arasında sülh yaradır?

Trampın möcüzəsi: Bakı ilə İrəvan arasında sülh yaradır?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən danışıb. 

O, tərəflərin sülh müqaviləsi bağlamağa yaxın olduğunu deyib. Ağ Ev rəhbəri hətta Bakı ilə İrəvan arasında möcüzə yaratdıqlarını iddia edib. Maraqlıdır, Azərbaycanla Ermənistan Trampın iddia etdiyi kimi sülh müqaviləsi imzalamağa çox yaxındır? 

Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, qısa müddətdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanacağı inandırıcı deyil: 

"Müşahidələr, müəyyən analiz və təhlillər göstərir ki, Ermənistan tərəfi sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Təbii ki, ABŞ Prezidenti Donald Tramp Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Çünki o, özünü hansısa formada qalib kimi təqdim etmək istəyir.

Tramp hakimiyyətə gələn gündən etibarən dünyadakı bütün problemləri həll etmək iqtidarında olduğunu deyir. O, Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyini dedi, amma bacarmadı. Qəzzada atəşkəs elan etdi, ancaq İsraili dayandıra bilmədi". 

Partiya sədri qeyd edib ki, Tramp indi də Cənubi Qafqazdakı məsələləri nizama salmaqla bağlı vədlər verir: 

"Onu Nobel Sülh Mükafatına namizəd göstərdikləri üçün nəyəsə nail olmaq istəyir. Yəni Tramp hansısa nəticə əldə etmək və özünü sülhpərvər kimi təqdim etməyi hədəfləyir. Düşünürəm ki, Tramp sadəcə görüntü formalaşdırmağa çalışdığı üçün uğurlu ola bilmir. ABŞ lideri iddia edir ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi onun təşəbbüsü ilə irəliləyir, danışıqlar aparılır". 

Lakin Akif Nağı hesab edir ki, Ermənistan hələ də sülh müqaviləsi imzalamaqda maraqlı deyil: 

"Rəsmi İrəvan gözəl başa düşür ki, hazırda Azərbaycan bütün parametrlərə görə qalibdir, üstündür. Belə bir şəraitdə Ermənistanın sülh müqaviləsini imzalaması onun tam şəkildə kapitulyasiyası olacaq. Bu isə Baş nazir Nikol Paşinyanın imicinə mənfi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. 

Sülh müqaviləsi imzalanacağı təqdirdə Paşinyanın rəqibləri bundan seçkidə ona qarşı geniş şəkildə istifadə edə bilərlər. Üstəlik, bu halda Paşinyanın reytinqi də aşağı düşə bilər. Ona görə də Paşinyan seçki öncəsi daxildəki və xaricdəki təzyiqlərdən qorunmaq üçün vaxt qazanmağa çalışır". 

Siyasətçinin sözlərinə görə, Paşinyan hələ də nələrəsə ümid edir: 

"Hər şeyə rəğmən, onda da erməni xisləti var. Paşinyan hələ vəziyyətin dəyişəcəyini və Azərbaycandan hansısa güzəştlər qopara biləcəyini zənn edir. Bütün bu səbəblərə görə Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır". 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün haqlı şərtləri var: 

"Rəsmi Bakı Ermənistan konstitusiyanının dəyişdirilməsini, ATƏT-in Minsk Qrupunun buraxılmasını, Zəngəzur dəhlizinin açılmasını və Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasını tələb edir. Lakin bu tələblərimizin heç biri yerinə yetirilməyib. 

Fikrimcə, Ermənistan bu addımları atmadan sülh müqaviləsinin imzalanması real deyil". Partiya sədri deyib ki, Nikol Paşinyan sadəcə görüntü yaratmağa çalışır: "O, sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı müəyyən açıqlamalar verir, Türkiyəyə səfər edir, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşür, Azərbaycanla danışıqların getdiyini deyir. 

Lakin bunların hamısı sadəcə görüntüdən ibarətdir. Çünki rəsmi İrəvan konkret addım atmır. Paşinyan sadəcə sülh istədiyinə dair fikir formalaşdırmaq istəyir. Buna görə də Trampın dediklərinin əksinə olaraq, qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Tramp Azərbaycan Ermənistan sülh müqaviləsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri