SABİQ NAZİRİN ƏSL SOYADI AÇIQLANDI Arxivdən TAPILDI + FOTOLAR
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Tarixçi professor Ədalət Tahirzadə Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin mənsub olduğu nəsillə bağlı maraqlı məlumat açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, Ədalət Tahirzadə bununla bağlı sosial şəbəkə hesabında yazıb ki, əslində Qarayevlərin gerçək soyadı Hacıqarayev olub, sonradan onu dəyişdiriblər.
"Keçmiş mədəniyyət nazirimiz Əbülfəs Qarayevin qızı Suad Qarayeva Azərbaycan ədəbiyyatının klassiklərindən olan Məhsəti Gəncəvi haqqında aşağılayıcı bir film çəkib. O, özlüyündə Məhsəti xanım haqqında həqiqətləri göstərdiyini düşünür...
Düz deyiblər ki, ot kökü üstündə bitər. Nazir ata xalqımızın mədəniyyətinə necə qulluq göstəribsə (yalnız kitabxanaları məhv etdiyini xatırlatmaq yetərlidir) onun milli duyğulardan məhrum qızı da o yolla gedib.
Bu “həqiqətpərəst” nəsil haqqındakı bir gerçəyi demək istəyirəm.
Odessa Vilayəti Dövlət Arxivində keçmiş nazir Əbülfəs Qarayevin babası, Odessadakı Novorossiya Universitetinin Tibb fakültəsini bitirmiş Əbülfəzl Fərəcullah oğlu Hacıqarayevin (1884-1952) tələbə şəxsi işi saxlanılır. Buradakı sənədlərdən aydınlaşır ki, onun atası 1893-cü il doğumlu Fərəcullah Hacı Qara oğludur. Əbülfəzl Qarayevin ilkin sənədlərinin demək olar ki, hamısında onun soyadı “HACI-QARAYEV” yazılıb (sənədlərin surətlərini aşağıda təqdim edirəm).
Əlbəttə, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərindən sonra soyadlarını “Hacıqarayev” adlandırmağa utanan Əbülfəzl və övladları sadəcə “Qarayev”i saxlayıblar.
Soyadlarına “Hacı Qara” adını rəva görməyənlər, bundan utananlar bir millətin klassikini ləkələməkdən utanmadılar!”, - deyə Tahirzadə yazır.
“AzPolitika.info”
Share
Tweet
Email
Share
Share
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Dekabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















