Icma.az
close
up
RU
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub

Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Hüseynli vəsatət qaldırdıqları şahidlər- Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanov və Çingiz Mehdiyevin müavini olan Urfan Tağızadənin dindirilməsini istəyib.

Vəkil əlavə edib ki, Bakı Şəhər Əməliyyat Halqasının sabiq rəhbəri, keçmiş Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da şahid qismində dindirilsin.

Dövlət ittihamçısı Orxan Səmədov əgər zərurət varsa, Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməyib.

Məhkəmə müşavirəsi əsasında vəsatətlərin baxılmamış saxlanılmasına qərar verilib.

Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirərək gətirilməsinin mümkün olmadığını bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib.

Vəkil Araz Hüseynli isə Zaur Məlikaslanovun məcburi gətirilməsini istəyib. Vəkilin vəsatəti bu hissədə qəbul edilib.

Daha sonra sənədlərin tədqiqi prosesinə başlanılıb.

Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair qərar ibtidai istintaq dövründə rədd edilib.

Daha sonra məhkəmə Formula 1-ə xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmamasının və onlara ayrılan vəsaitin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına köçürülməsinin səbəbini izah etməsini istəyib.

Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.

Vəkil prosesin tezləşdirilməsi üçün vəsaitin hüquqi şəxsin hesabına köçürüldüyünü söyləyib. Müxtəlif şirkətlərlə müqavilə bağlanılmasının və vəsait köçürülməsinin zaman aparacağını bildirib.

O, əlavə edib ki, Formula 1 yarışına hər ay 150 milyon manat pul ayrılır. Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait isə bunun 0,6 faizini təşkil edir.

Bildirilib ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edib köçürülməyi dayandırdıqdan sonra o, qalan pulu Kiprdəki hesabına köçürüb.

Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətə növbəti proseslərdə baxılacağını bildirdi.

Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pulları isə qəsdən mənimsəyib.

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib(Report).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri