Icma.az
close
up
RU
Sabiq rəis 2.5 milyon manat rüşvət alıb Məhkəmə

Sabiq rəis 2.5 milyon manat rüşvət alıb Məhkəmə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başladığı elan olunub.

Dövlət ittihamçısı bildirib ki, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb. Bununla yanaşı, o, rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə təmin edib və ya iş yerlərini dəyişib.
Bu minvalla M.Cəlilov vətəndaşlardan 122 min manatdan çox rüşvət alıb.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxs Mirzə Cəlilov ifadə verib. O bildirib ki, 2020-ci ildə rəis təyin olunarkən muxtar respublikada fəaliyyət göstərən qurumun digər idarələrinin rəisləri ilə görüş keçirib, tapşırıqlar verib: “Ümumiyyətlə, hərbi xidmətə yararsız olanlar barədə aktları həkimlər verirdi. Mən bu müddətdə heç kimdən pul almamışam. Əlbir olunan şəxslər deyilir, ancaq indi tək ittiham olunuram. Onların heç birini burada görmürəm. Bu, əvvəldən qoyulmuş qanun idi, hər rayon rüblük olaraq məlumat verirdi. Qeyd etdiyim kimi, ilk iclasda rayon idarə rəisləri bildirdi ki, qayda belə olub əvvəldən də. Mən ümumiyyətlə, heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə mənə gətirib verirdilər”.

Mirzə Cəlilov ifadəsində bildirib ki, yığılan puldan daha sonra idarə rəislərinə də verilib: “Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam. Qanunsuz möhlətlər həkim rəyləri əsasında verilirdi”.

Məhkəmədə M.Cəlilov qanunsuz olaraq işə götürülən işçilər barədə deyib ki, onlar əvvəlcə xidmətə müraciət ediblər: “İşə düzəlmək istəyən şəxslərin sənədləri ilə tanış olduqdan sonra sənədlər Ali Məclisə göndərilirdi. Orada təsdiqlənəndən sonra həmin şəxslər işə qəbul edilirdi”.

Mirzə Cəlilov ifadəsində qeyd edib ki, o, rüşvət alan yox, rüşvət verən olub: “Rayon rəisləri ilə görüşdən sonra lazım olan adama zəng etdim, dedi köməklik göstərin. Mən heç kimdən rüşvət almamışam, sistem belə idi. Heç kim də əlimdə rüşvət tutmayıb”.

Daha sonra şahidlərin ifadələri dinlənilib. Şahidlər bildiriblər ki, M.Cəlilov rəis təyin olunandan sonra akt zalında görüş keçirib və orada alınacaq pulların miqdarını açıqlayıb. Belə ki, bir illik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat ödənilməlidir. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə verilirdi.

Şəhər və rayon şöbə rəislərindən A.Aqilov həmin müddət ərzində M.Cəlilova 620 min manat, Q.Şükürlü 117 min manat, H.Nacafov isə 350 min manat pul vərdiklərini bildiriblər. Onlar pulları şəxsən Mirzə Cəlilovun otağında siyahı halında ona verdiklərini qeyd ediblər.

Məhkəmə növbəti iclası gələn il yanvarın 10-na təyin olunub.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri