Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri VİDEO
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bulduq kəndindəki bir ev digərlərindən çox fərqlənir. Bu evi fərqli edən onun tarixi keçmişidir.
Publika.az xəbər verir ki, İctimai TV Sabirabadın Bulduq kəndində yerləşən həmin evdən süjet hazırlayıb.
Bildririlir ki, ev dövrün zəngin bəylərindən biri olan Kərbəlayi Nəcəfqulu bəyə məxsusdur. Bulduq kəndinin əsası Nəcəfqulu bəyin babası Osmanlı ordusunun yüzbaşısı Mirzəli bəy tərəfindən qoyulub.
Nəcəfqulu bəyin qohumu Əliş Rzayevin sözlərinə görə, bu torpaqlar 1831-ci ildə türk ordusunun yüzbaşısı Mirzəliyə hədiyyə olunub.
1888-ci ildə evin bünövrəsi qoyulan zaman Kür daşqınları ziyan vurmasın deyə ən hündür yer seçilir.
1918-cı ildə mart qırğını zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam ordusunun komandanı general Nuru paşa öz dəstəsi ilə birlikdə Kürdəmir və Şamaxı rayonlarını daşnak-bolşevik birləşmələrindən təmizlədikdən sonra Bakıya gedərkən yolunu Sabirabaddan salır.
Ə.Rzayev bildirib ki, Nuru paşa tarixi keçmişi özündə gizlədən bu evdə qalıb.
Ətraflı süjetdə:
Baxış sayı:108
Bu xəbər 01 Dekabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















