Sabirabadda “Xan çinar” kafesində nöqsanlar müəyyən edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonunun M.Şəhriyar küçəsində fəaliyyət göstərən, Rövşən Barat oğlu Şahbazova məxsus “Xan çinar” kafesində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı kafedə temperatur rejiminə əməl olunmadığı, emal prosesində istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə döşəmə, divar və qida ilə təmasda olan səthlərin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, istifadə edilən alət və avadanlıqların korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















