Icma.az
close
up
RU
Sabirabadlıların ruzisi torpaqdan çıxır

Sabirabadlıların ruzisi torpaqdan çıxır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dövlət Proqramının icrası ilə bağlı fermer və sahibkarlarla görüş keçirilib

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının qarşısında yeni və mühüm hədəflər müəyyənləşdirib. Bu hədəflərdən irəli gələn vəzifələrin Sabirabad rayonunda icrası, aqrar istehsalın genişləndirilməsi və təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı fermer və sahibkarlarla görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, eləcə də rayonda yaradılmış qərargahın üzvləri iştirak ediblər.

Tədbirdən əvvəl Dövlət Proqramının icrası çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə iri fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirilib. İştirakçılar “Fructus Aqropark” MMC, “Red Paradise” MMC, “ZİYA KFT” MMC, “QOÇ ƏT” Kəndli MMC, “RUZİ AGRO” MMC, “AZERA TOXUMÇULUQ” MMC, “Aran Agro” MMC, “EGG Natura Quşçuluq Şirkəti” MMC, “APEKS-Agro” MMC, “Taşobası” MMC və digər təsərrüfatların fəaliyyəti ilə yaxından tanış olublar.

Fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış zamanı kənd təsərrüfatının inkişaf perspektivləri, mövcud istehsal imkanlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və qarşıda duran hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarlar dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və yaradılan şəraiti yüksək qiymətləndirərək istehsal imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının inkişafına töhfə vermək istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini bildiriblər.

Sonra Sabirabad Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyənləşdirilən vəzifələr, Dövlət Proqramının Sabirabad rayonunda icra vəziyyəti, görülən işlər və növbəti mərhələdə qarşıda duran məsələlər müzakirə olunub.

Çıxışlarda Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin reallaşdırılması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin, mövcud problemlərin operativ həllinin, görülən işlərə nəzarətin və mütəmadi monitorinqlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, qarşıya qoyulan vəzifələrin uğurlu icrası üçün hər bir aidiyyəti təşkilat üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli, görülən işlərin nəticələri mütəmadi təhlil edilməlidir.

Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib, onların qarşılaşdıqları problemlər və çətinliklər ətrafında müzakirələr aparılıb. Növbəti dövr üçün prioritet istiqamətlər və hədəflər müəyyənləşdirilib. Qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində Sabirabad rayonunda 34 sahibkarlıq subyekti üzrə 41 təşəbbüs müəyyənləşdirilib və həmin təşəbbüslərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Sabirabadın geniş və məhsuldar torpaqları, kənd təsərrüfatı ənənələri və formalaşmış istehsal potensialı rayonun aqrar sektorunun inkişafı üçün mühüm imkanlar yaradır. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər isə bu potensialın daha səmərəli istifadəsinə, istehsalın genişləndirilməsinə və yeni təşəbbüslərin reallaşdırılmasına hesablanıb.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Sabirabad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri