Icma.az
close
up
RU
Sabirin, Hadinin, Səhhətin şair dostu

Sabirin, Hadinin, Səhhətin şair dostu

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağaəli bəy Naseh – 170

Həsən bəy Zərdabinin çağırışına səs vermiş şamaxılı maarifçi

Bir əsrdən çox öncə Şamaxıdakı “Beytüs-səfa” şairlər məclisinin fəal üzvü olmuş şair Ağaəli bəy Naseh–Əfəndizadə biliyi və istedadı ilə böyük hörmət-izzət sahibi olub. Ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Tərrah və Məhəmməd Hadi ilə söz sənəti barədə dərin mükalimələr aparıb. Şairlər məclisinin rəhbəri kimi, Şirvanın söz ustadlarının tanıdılmasında müstəsna xidmətlər göstərib.

Ağaəli bəy Əfəndizadə 1856-cı il sentyabrın 10-da dünyaya göz açıb. İlk təhsilini “Üsuli-cədid” məktəbində alıb. Sonra şəhər məktəbində oxuyub. Türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib. Məclislərdə söylənən şeirlərə ən düzgün qiyməti Naseh verdiyi üçün dostları onu öz aralarında “Mizanüşşüəra” (şairlərə qiymət verən ən düzgün tərəzi) adlandırıblar.

O, gözəl şair, tənqidçi olmaqla bərabər, yaxşı tar ifaçısı da olub. Bəzən şeir məclislərində tarı sinəsinə sıxaraq, şairlərin çıxışlarını ustalıqla müşayiət edib, əsl sənət ab-havası yaradıb. Xeyriyyəçi musiqi xadimi Mahmud Ağanın musiqili gecələrinə sidq-ürəklə bağlı olub və muğam müsabiqələrinə rəhbərlik edib.

1903-cü ildə Tiflisdə F.Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” adlı kitabı nəşr olunub. Toplunu ədəbi ictimaiyyət maraqla qarşılayıb. “Tiflisski listok” qəzetində kitabla bağlı yazı dərc edilib. Firidun bəy Şamaxıdan bir çox tanınmış şairlərin əlyazmalarını Ağaəli bəy Əfəndizadənin məktubları vasitəsilə alıb.

Həmin şeirlər içərisindən ən çox Nasehin qəzəllərini bəyənib. Sonra Ağaəli bəyə məktub yazaraq xahiş edib ki, mümkünsə, yeni kitabına daxil etmək üçün “Naseh” təxəllüslü şairin qəzəllərindən bir neçəsini də göndərsin. Amma o bilməyib ki, Naseh elə Ağaəli bəy Əfəndizadənin özüdür. Firidun bəy bir neçə gündən sonra Abbas Səhhətdən məktub alıb. Səhhət yazıb ki, şeirlərini “Naseh” təxəllüsü ilə sizə göndərən şair məhz Ağaəli Əfəndizadədir. O, utancaq və təvazökar olduğu üçün sizə özü barədə məlumat verməyib.

Görkəmli maarifçi Cəmo Cəbrayılbəyli “Xatirələrim” kitabında ondan bəhs edərək yazıb: “Ağaəli Firidun bəy Köçərli ilə yazışaraq öz əsərlərini göndərsə də, kim olduğunu söyləməyibmiş. Şair yazdıqlarını hələm-hələm ortaya çıxarmazdı. Yalnız ən yaxın adamları üçün oxuyardı”.

Onun Xurşidbanu Natəvanın məşhur qəzəlinə yazdığı nəzirə zamanında Şamaxıda dillər əzbəri olub: İlk misrasının Xan qızının şeirindən götürülüb xatirəsinə ehtiram ifadə edilən həmin nəzirə el məclislərində avazla oxunub:

Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Bu sirri eyləmədim kimsəyə bəyan, ölürəm.
Başım bənəfşə kimi qəm dizində çox qaldı,
Vüsalın olmadı üstümdə sayəban, ölürəm.

Nasehin Füzuli ədəbi məktəbinin güclü təsiri duyulan “Olasan”, “Ehtiyacım var”, “Səbr eylə” kimi məşhur qəzəlləri, eləcə də mürəbbe, minacat və müxəmməsləri Şamaxıda geniş yayılmışdı. Hələ ötən əsrin əvvəllərində 3 dəfə çıxan və bu yaxınlarda transfonliterasiya edilərək nəşr olunan “Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabında yer alan 18 şeirin müəllifinin kimliyi bildirilməsə də, məhz Ağaəli bəy Naseh olduğu şübhəsizdir. Nəşrlərdə şeirlər səhvən Həsən bəyə aid edilsə də, bunun heç bir əsası yoxdur. Çünki həmin şeirlərin 9-nun möhürbəndində “Naseh” adı çəkilib. Hətta bir şeirdə adına ardıcıl 3 dəfə rast gəlinir:

Sübhü-məsa söylə, Naseh,
Virdi-zəban eylə, Naseh,
Dua eylə belə, Naseh,
Rəhmətini eylə şamil,
Ədəblə elmə qıl amil.

Nasehin kitabda yer alan “Nəsihət”, “Tərğib”, “Marşi-İrani”, “Tərifi elm və tərbiyə”, “Göz aç”, “Pənd”, “Gap”, Nəsayih” şeirləri digər əsərləri ilə eyni üsluba, biçimə, məzmuna və sıralanmaya daxildir.

Bu məsələyə münasibət bildirən professor Asif Rüstəmli yazır ki, Həsən bəy Zərdabinin yanlış müəllifliyə heç bir ehtiyacı yoxdur: “Törətdikləri xətanın böyüklüyündən xəbərsiz olanlar unutmuşlar ki, onlar oxucuları çaşdırmış, onları əsassız mövqe sərgiləməyə, yetərincə dəlil-sübut olmadan birinin əsərini digərinin adına çıxmağa vadar etmiş, yazının, kitabın ülviyyətinə, qüdsiyyətinə olan inamı sarsıtmışlar”...

Bu da var ki, onsuz da Ağaəli bəy Nasehin əlyazmalar irsinin bir qismi 1902-ci il Şamaxı zəlzələsində it-bata düşüb, bir qəsmi də 1918-ci ilin mart soyqırımı zamanı Şamaxının yandırılması nəticəsində məhv olub və beləliklə, əldə-ovucda qalan yaradıcılıq nümunələri natamamdır. “Türk nəğmələrinin məcmuəsi”ni isə, bir növ, naşir Zərdabinin sayəsində şairin işıq üzü görən ilk poeziya toplusu saymaq olar.

Nasehin oğlu Cümşüd XI qızıl ordu Şamaxıda qırğınlar törədəndə Kürdəmirə, Ağdaşa, ardınca da Gəncəyə köçmüşdü. Orada Gəncə qiyamının iştirakçıları ilə birlikdə həbs olunub dustaqxanaya salınmışdı. Qardaşı Nüsrət Əfəndizadəni qırmızı bolşevik cildinə girmiş daşnaklar güllələmişdilər.

Cümşüd məhbəsdə tanış olduğu qoca dustaq – ədəbiyyatşünas Firudin bəy Köçərli ilə söhbətində atasının adını çəkib.

Görkəmli maarifçi Ağaəli bəy Nasehi tanıdığını və onunla uzun müddət məktublaşdığını deyib: “Ondan aldığım məktublar əsasında öz “Ədəbiyyat tarixi”mdə "Şirvan şairləri" fəslini yazmışam. Hətta “Ağaəli bəy Naseh” məqaləsində onun şeirlərinin qayət dərəcədə gözəlliyini, rusca savadlı bir şəxs olub Şamaxının müslih divanxanasında qulluq etdiyini göstərmişəm. Ağaəli bəyin haqqı bizim boynumuzda artıq dərəcədədir”.

Cümşüd Ağaəli bəyin rus dilini yaxşı bildiyi üçün bir neçə il əvvəl Şamaxıdakı “Mirovoy sudya” divanxanasında katib vəzifəsinə götürüldüyünü deyib: “Amma məvacibi az, iş şəraiti dözülməz idi, halbuki, həm özünün 6 baş, həm də qaynı olan dayım Cəmo Cəbrayılbəylinin 5 baş ailəsini birtəhər saxlayırdı. Elə şeirlərindəki zəmanədən şikayət motivlərini də öz həyatından əxz etmişdi. O, bir gün divanxanada kobud hakim Jurpinskinin hədyanlarına dözməyib dişinin dibindən çıxanı deyərək, onunla işləməkdən imtina etdi və həmin gün axşam evdə həyata əlvida dedi”.

Bu ağrı-acılı söhbəti eşidən Firudin bəy kədərlə susub. Dustaqlardan biri isə yanıqlı səslə bayatı söyləyib:

Mən aşiq, Gəncəm haray,
Tiflisdən gencəm, haray!
Dustaq canım çürüdü,
Mənə bir əncam, haray!..

Nəhayət, qeyd edək ki, Ağaəli bəy Nasehin ölum tarixi ayrı-ayrı mənbələrdə 1914, 1915 və 1918-ci illər göstərilib. Bunu da dəqiqləşdirməyə ehtiyac var.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see599

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see405

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see276

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see274

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see273

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see271

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see267

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see256

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see254

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see253

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see249

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see247

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see236

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see229

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see219

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see215

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see212

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see197

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri