Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqləndi SƏRƏNCAM
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb. Qurum görülən işlər barədə ildə bir dəfə dövlət başçısına hesabat təqdim etməlidir.
Sənədlə öhdəliklərin yerinə yetirilməsinin monitorinqi və qiymətləndirilməsi AQTA-nın sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının tərtibi zamanı Dövlət Proqramının icrası üçün tələb olunan maliyyə vəsaitinin ayrılmasını təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Sentyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















