Icma.az
close
up
RU
Sabit genişzolaqlı internetə dair zəruri məlumatların əks olunduğu icmal hazırlanıb

Sabit genişzolaqlı internetə dair zəruri məlumatların əks olunduğu icmal hazırlanıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabit genişzolaqlı internet müəssisələr üçün əsas infrastruktur elementlərindən biridir.

APA xəbər verir ki, bu barədə İnternetə qoşulma və internet infrastrukturu işçi qrupunun məlumatında bildirilib.

Qeyd edilib ki, biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri bərədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub (https://azranking.az/public/images/Biznes%20sah%C9%99l%C9%99ri-icmal-01.11.2024.pdf). İcmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub. Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.

İnternetə qoşulma

İnternet telekommunikasiya xidməti - beynəlxalq standartlarla müəyyən olunan İnternet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya xidmətidir.

Sabit genişzolaqlı internet müəssisələr üçün əsas infrastruktur elementlərindən biridir.
İdarə, müəssisə, təşkilat və vətəndaşlar İnternet telekommunikasiya xidmətindən istifadə etmək üçün İnternet Provayderlərinə müraciət edə bilərlər. Müraciət yazılı və elektron poçtla ola bilər. İnternet Provayderləri internet telekommunikasiya xidmət növləri üzrə və uyğun olaraq çəkiliş prosedurası və qiymətləri haqqında məlumat verməlidirlər. İnternet telekommunikasiya xidmətindən istifadəyə görə Provayderlər Abunəçilərlə qanunvericiliyin (Telekommunikasiya haqqında Azərbaycan Respublikasinin Qanununun 40-cı maddəsi – Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) tələblərinə uyğun olaraq tərəflərin hüquq, vəzifə və məsuliyyətlərini əks edən müqavilə bağlamalıdırlar. Müqavilə 2 nüsxədə tərtib olunur və onlardan biri Abunəçiyə verilir, digəri isə Provayderdə saxlanılır.

İstifadəçinin xidmətə qoşulmaq üçün müraciət anı ilə xidmət təqdim edən sahibkarlıq subyektinin xidmət üçün lazım olan vasitələri təmin etməsi anı arasındakı müddət “6” gün olmalıdır.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ndə xidmətə qoşulma müddəti öz əksini tapmışdır.

Provayder, Abunəçiyə göstərdiyi xidmət müqabilində hesablaşma aparır. İnternet Provayderlərinin göstərdiyi internet xidmətlərinin haqqı, Provayderlər tərəfindən təsdiq olunan internet xidmətləri üçün tarif preyskurantına əsasən ödənilir. İnternet xidmətinə qoşulma üçün ümumi ödəniş (avadanlıq, quraşdırma haqları daxil olmaqla) və aylıq abunə haqları əvvəlcədən ödənilir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Abunəçiyə göstərilən xidmətlərə görə ƏDV (əlavə dəyər vergisi) tutulur. Ödəmə, hər ay Provayder tərəfindən təqdim edilmiş hesaba görə Provayderin hesabına nağd və ya köçürmə yolu ilə həyata keçirilir.

Abunəçilər xidmət tariflərinin dəyişməsi ilə əlaqədar əvvəlcədən İnternet Provayderlər tərəfindən yazılı şəkildə və ya email-lə xəbərdarlıq edilməlidir.

Mövcud qanunvericiliyə əsasən internet provayderlərin vəzifələrindən biri də telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməkdir. Əgər internet xidmətində tam dayanma və ya müqavilədə nəzərdə tutulan sürətdən dəfələrlə az və birbaşa xidmət təminatçısının səhvi səbəbindən baş vermiş sürət azalması kimi problemlər yaşamısınızsa, bu barədə provayderə və aidiyyəti qurumlara (məsələn: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin E-Şikayət sisteminə e-complaint.icta.az və s.) məlumat verə bilərsiniz.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ndə Orta Bərpa Vaxtı - xidmətin əlçatan olmayan vaxt intervallarının orta müddəti, Zədələnmə səviyyəsi - müəyyən vaxt vahidi üçün zədələnmələrin orta sayının nisbəti və Bərpa səviyyəsi - müəyyən vaxt ərzində zədəli vəziyyətdən işlək vəziyyətə keçidlərin orta sayının nisbəti kimi keyfiyyət tələbləri öz əksini tapmışdır.

Fasilələr nəticəsində yaranan zərərlər müəssisələrin maliyyə göstəricilərinə təsir edir. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi ilə bağlı yaranan problemlər zamanı qanunvericilikdə müəyyən kompensasiya mexanizmləri mövcuddur. Bu, Telekommunikasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 41-ci (Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi) maddəsində öz əksini tapmışdır.

Mövcud müqavilələr, texniki problemlər və bazardakı alternativlərin sayı bu məsələyə təsir edə bilər. Azərbaycanda mövcud qanunvericilik bu prosesi tənzimləyir və asanlaşdırır. Telekommunikasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 34-cü (Abunəçilərin hüquq və vəzifələri) maddəsinə əsasən abunəçilər operatoru, provayderi sərbəst seçmək və eyni zamanda keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək hüququna malikdir.

Həmçinin İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə (İstehlakçıların hüquqları) əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi və eləcə də istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdirlər.

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 6–7) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnternetə qoşulma və internet infrastrukturu işçi qrupuna Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəhbərlik edir (https://azranking.az/working-groups).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri