Icma.az
close
up
RU
“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın aparıcı internet provayderlərindən olan “Azeronline” ölkə üzrə genişzolaqlı internet sürətinin yüksəldilməsi və yüksəkkeyfiyyətli bağlantının təmin edilməsi istiqamətində həyata keçirdiyi texnoloji yeniliklər nəticəsində sabit internet xidməti üzrə ölkə lideri olub. Şirkətin şəbəkəsinin modernizasiyası, fiber-optik infrastrukturunun genişləndirilməsi və müasir avadanlıqların tətbiqi real internet sürətinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi açıqlamasına əsasən, “Ookla Speedtest İntelligence” platformasının 2025-ci ilin noyabr ayına olan hesabatında “Azeronline”  sabit internet provayderləri arasında ölkədə ən yüksək göstərici ilə 1-ci yerdə qərarlaşıb.

Faktiki ölçmələr “Azeronline” platformalarında təqdim olunan real sürətin stabil və davamlı olduğunu göstərir. Bununla bərabər, gecikmə və yüklənmə göstəriciləri videoyayım, onlayn təhsil, “bulud” həlləri və digər yüksəktrafikli rəqəmsal xidmət və proseslər üçün optimal səviyyədə olduğunu təsdiqləyir.

“Ookla”nın “Speedtest Global Index” hesabatına əsasən, 2025-ci ilin noyabrında Azərbaycan ölkələr üzrə orta sürət reytinqində 86,15 Mb/s nəticə ilə 85-ci yerdə qərarlaşıb. Bu göstəricinin formalaşmasında “Azeronline”nın payı xüsusi vurğulanır. Belə ki, “Azeronline”ın təqdim etdiyi 100, 150 və 250 Mbit/s tarifləri üzrə aparılan faktiki ölçmələr abunəçilərin əldə etdikləri orta yükləmə sürətinin 168,74 Mbit/s təşkil etdiyini göstərir.

Qeyd edək ki, “Azeronline” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsində aktiv iştirakı ilə bölgələrdə genişzolaqlı internetə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verib. Layihə çərçivəsində şəbəkənin yenilənməsi nəticəsində şirkətin abunəçi bazası 11 dəfədən çox artıb.

“Azeronline” şəbəkənin dayanıqlığının artırılması, sürət göstəricilərinin daha da yüksəldilməsi və yeni nəsil texnologiyaların tətbiqinə yönəlik investisiyaları vasitəsilə Azərbaycanın rəqəmsal ekosisteminin gücləndirilməsi və rəqəmsal inkişafın sürətləndirilməsinə  töhfə verməyə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Dekabr 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri