Icma.az
close
up
RU
Sabitliyi təmin etməyi bacarmaq sülhpərvərliyin ən yüksək formasıdır Ekspert rəyi

Sabitliyi təmin etməyi bacarmaq sülhpərvərliyin ən yüksək formasıdır Ekspert rəyi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 fevral, AZƏRTAC

Təcrübə göstərir ki, sülh anlayışı çox zaman siyasi ritorikanın bir elementi kimi istifadə olunur. Hətta açıq şəkildə münaqişə aparan tərəflər belə, beynəlxalq auditoriya qarşısında özlərini “sülh tərəfdarı” kimi təqdim etməyə çalışırlar. Son 30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışı bu baxımdan tipik nümunədir: rəsmi bəyanatlarda sülhdən danışılırdı, faktiki addımlar isə işğalın möhkəmləndirilməsinə yönəlirdi. Bu ziddiyyətli yanaşma təkcə regional münaqişələr üçün deyil, qlobal proseslər üçün də xarakterikdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert bildirib ki, müasir dünyada sülh ideyası hamı tərəfindən qəbul edilsə də, geosiyasi rəqabət, enerji və təhlükəsizlik maraqları müharibələri daha da dərinləşdirir. Belə şəraitdə sülhü real siyasi nəticəyə çevirmək liderlik, strateji baxış və siyasi iradə tələb edir. Prezident İlham Əliyevin digər liderlərdən üstünlüyü budur ki, o, sülhü ritorikada deyil, reallıqda təmin etməyi bacardı.

“Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi təsadüfi hal deyil. Bu mükafat fərqli mədəniyyətlər, dinlər və xalqlar arasında real anlaşma qurulmasına töhfə verən liderlər üçün nəzərdə tutulub. Prezident İlham Əliyevin digər liderlərdən əsas üstünlüyü də məhz burada üzə çıxır. O, sülhü abstrakt çağırış kimi deyil, konkret nəticə kimi təqdim etdi. Güc üstünlüyünü sülh üçün real təminat mexanizminə çevirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra revanşizm yolunu seçmədi, əksinə regionda yeni təhlükəsizlik arxitekturası və əməkdaşlıq modeli təklif etdi. Bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və dövlətlərin bərabər hüquqlu olmasına söykənir”, - deyə M.Ələsgərli vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yüksək sülhpərvərliyinin və sülhyaratma bacarığının nəticəsidir ki, indi təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda sülh bərqərar olur. Bu mükafatın ölkəmiz üçün yüksək faydası var. O, beynəlxalq sistemdə Azərbaycanın regional sülhün qarantı imicini legitimləşdirdi. Prezident İlham Əliyev beynəlxalq aləmə sübut etdi ki, sülh yalnız kompromislərdən deyil, ədalətli mövqedən və məsuliyyətli gücdən doğur. Bu yanaşma müasir dünyada sülhün mümkünlüyünə dair mühüm presedent yaradır və yeni beynəlxalq siyasi düşüncə üçün ciddi əsas formalaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri