Icma.az
close
up
RU
Türkiyəli ekspert: Suriyalı erməni terrorçuları Suriyada sabitliyi pozmaq cəhdlərindən əl çəkmirlər AZƏRTAC

Türkiyəli ekspert: Suriyalı erməni terrorçuları Suriyada sabitliyi pozmaq cəhdlərindən əl çəkmirlər AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 31 dekabr, AZƏRTAC

“Bəşər Əsəd rejiminin süqutundan sonra Suriya erməniləri arasından olan terrorçular Suriyanın yeni hakimiyyət orqanlarına qarşı təxribat fəaliyyətinə başlayıblar”.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer bildirib.

Onun sözlərinə görə, Bəşər Əsəd rejiminin Ermənistan hakimiyyəti ilə sıx əlaqələri vaxtilə Suriya ərazisində fəaliyyət göstərən terror təşkilatlarına birbaşa təsir edib. 2019-cu il aprelin 24-də Suriyada PKK terror təşkilatının Suriya qanadı - YPG-nin komandanlığı altında fəaliyyət göstərən “Nubar Ozanyan Briqadası”nın yaradılması bunun bariz nümunəsidir.

“Nubar Ozanyan Briqadası”nın başçıları məqsədlərinin “Suriya ermənilərinin müdafiəsi” və “Türkiyədən müdafiə” olduğunu bəyan ediblər. Bu strukturun onlarla terrorçusu son illər Suriyanın Həsəkə, Rəsulayn və Amud bölgələrində fəaliyyət göstərir”, - AVİM analitiki qeyd edib.

Türkiyəli ekspert bildirib ki, “Nubar Ozanyan Briqadaları” Əsəd rejimi tərəfindən heç bir müqavimətlə üzləşməyib, Suriyada hakimiyyət dəyişikliyi fonunda isə ölkədə sabitliyin pozulmasına dair addımlar atmağa başlayıb.

O, qeyd edib ki, müəyyən məlumatlara görə, həmin “Briqada”nın silahlıları 44 günlük müharibə zamanı Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Ermənistana keçiblər. Əsəd Dəməşqdən qaçdıqdan sonra dekabrın 19-da onlar “Suriyanın müdafiəsi istiqamətində kursun dəyişməz olduğunu” elan ediblər.

Eyni zamanda o, Bəşər Əsədlə Ermənistan hakimiyyəti arasında dostluq bəyanatlarının sadəcə sözlərlə məhdudlaşmadığını vurğulayıb. “Təsadüfi deyil ki, 2019-cu ildə 100 erməni əsgəri Ermənistandan Suriyanın Hələb şəhərinə gəlib”, - deyə ekspert xatırladıb.

Tuğçe Tecimer əmin olduğunu bildirib ki, Suriyada vəziyyəti normallaşdırmağın yeganə yolu terrorçuların hərəkətlərinin minimuma endirilməsi və Dəməşqdə yeni administrasiyasının nəzarətində olan silahlı qüvvələr tərəfindən qonşu ölkənin bütün ərazisinə nəzarət edilməsidir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Dekabr 2024 03:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri