Icma.az
close
up
RU
Sabitliyin və əmin amanlığın keşiyində

Sabitliyin və əmin amanlığın keşiyində

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Martın 12-si Daxili Qoşunlar Günüdür

Bakı, 12 mart, AZƏRTAC

Müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı döyüşlərə ilk dəfə 1992-ci il martın 12-də başlayıb. Ümummilli Lider Heydər Əliyev 1995-ci il martın 9-da imzaladığı Fərmana uyğun olaraq, həmin tarix Daxili Qoşunlar Günü elan edilib.

AZƏRTAC Daxili Qoşunların həmin vaxtdan indiyə qədər olan tarixinə qısaca nəzər salır.

Həmişə ayıq-sayıq və etibarlı

Daxili Qoşunlar ötən müddət ərzində ciddi inkişaf yolu keçərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Hazırda Daxili Qoşunlar dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanıb. Ötən dövrdə Daxili Qoşunlar ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim sabitliyin və əmin-amanlığın qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Daxili Qoşunların fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, döyüş qabiliyyəti daha da gücləndirilib, mövcud infrastruktur yenilənib, müasir tipli silah-texnikalar alınıb, şəxsi heyətin xidmət və məişət şəraiti, habelə sosial rifahı daha da yaxşılaşdırılıb.

Vətən torpaqlarının müdafiəsi zamanı nümayiş olunan qəhrəmanlıq salnaməsi

Daxili Qoşunlar ötən müddətdə ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, ön cəbhədə düşmənə qarşı döyüş əməliyyatlarında da iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçuların döyüş səngərlərində göstərdikləri şücaət və fədakarlıq nümunələrini qəhrəmanlıq salnaməsinin bir parçası hesab etmək olar.

Daxili Qoşunların 9 hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, 8 nəfər həmin fəxri adla ölümündən sonra təltif edilib. Onlar Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. 39 nəfər “Zəfər”, “Qarabağ”, “Azərbaycan bayrağı”, “Rəşadət” ordeni ilə mükafatlandırılıb, yüzlərlə hərbi qulluqçu, ümumilikdə, 1833 medala layiq görülüb. Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 680 nəfər şəhid olub, 5 nəfər itkin düşüb və 1178 nəfər isə yаrаlаnıb.

Birinci Qarabağ müharibəsi başa çatandan sonra uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb. 2002-ci ildə Daxili Qoşunların emblemi və döyüş bayrağı haqqında əsasnamələr, habelə onların təsvirləri təsdiq olunub. Hərbi qulluqçular təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsinə hazırlaşıblar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, işğalçılar üzərində möhtəşəm qələbənin qazanılmasına layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı mərdliklə mübarizə aparıb, torpaqlarımızın azad olunması üçün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfərin şəhid olması, 346 nəfərin isə yaralanması həm kədər, həm də qürurlu, şərəfli salnamədir. Azərbaycan Prezidentinin 2020-ci il 9 dekabr tarixli müvafiq Sərəncamı ilə Daxili Qoşunların 4 əməkdaşına ən yüksək fəxri ad - ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həlak olan igid oğulların bir çoxunun şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib.

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan şəhər və rayonlarda polis əməkdaşları ilə birgə ayıq-sayıq xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları onlara həvalə edilən vəzifələri peşəkarlıqla yerinə yetirir, sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasına əsaslı töhfələrini verirlər.

2023-cü il sentyabrın 19-20-də uğurla həyata keçirilən antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər isə yaralanıb və xəsarət alıb.

Polis və Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda, forumlarda, digər irimiqyaslı və kütləvi tədbirlər dövründə ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edir. Həmin tədbirlər zamanı şəxsi heyətin peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Peşəkar və layiqli xidmətə verilən yüksək dəyər

İşğaldan azad edilmiş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması, eləcə də yeni, müasir silah və texnika ilə təchiz edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda polis əməkdaşları və hərbi qulluqçuları işğaldan azad olunmuş ərazilərdə böyük əzm və peşəkarlıqla xidmət edirlər.

Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edir. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçidin qarşısının alınmasında görülən işlər xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarlar, Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamlarla xidmətdə fərqlənən hərbi qulluqçuların dövlət mükafatları ilə təltif olunması dövlətimizin başçısının qoşunların əməkdaşlarının əməyinə göstərdiyi yüksək etimadın əyani ifadəsidir.

Sabitliyin sadiq keşikçisi

Silahlı cinayətkarlara qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mühüm dövlət obyektlərinin mühafizəsi sahəsində nəzərəçarpacaq uğurlar qazanıb. Həmin uğurlar komandir heyətinin rəhbərliyi ilə düzgün idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına başa gəlib. Şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlər həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırır.

Daxili Qoşunların Hərbi İnstitutu yüksəkixtisaslı zabit heyətinin hazırlanması, peşəkar kadr özəyinin formalaşması ilə əlaqədar çox işlər görür. Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə göstərdikləri qəhrəmanlıq və vətənpərvərlik nümunələri həmin təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasını təsdiq edir.

Daxili Qoşunların şəxsi heyət xalqın əmin-amanlığının, sabitliyin sadiq keşikçisi kimi öz vəzifələrinin öhdəsindən bacarıqla gəlməklə yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpasında fəal iştirak edib. Onlar ictimai təhlükəsizliyin qorunması, strateji obyektlərin mühafizəsi və xüsusi əməliyyatların həyata keçirilməsi işində də öz vəzifələrinin öhdəsindən layiqincə gəlmək iqtidarındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri