Icma.az
close
up
RU
Sabitliyin və inkişafın açarı...

Sabitliyin və inkişafın açarı...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İctimai və dövlət maraqları uğrunda birliyimiz vacibdir

Dünyada informasiya müharibələri, dezinformasiyalar, sosial şəbəkələrdə saxta xəbərlər və fərdi maraqların ictimai rifahdan üstün tutulması cəmiyyətlər üçün ciddi təhdidə çevrilib. Bu şəraitdə dövlət maraqlarını müdafiə etmək sadəcə siyasi məsələ deyil, həm də milli məsələ hesab olunur. Hər bir yanlış paylaşım, hər bir məsuliyyətsiz fikir ictimai və dövlət maraqlarına zərər vura bilər. Unutmamalıyıq ki, dövlət maraqlarını qorumaq ilk növbədə dövlətçiliyi yaşatmaq deməkdir.

Ortaq məsələ: Cəmiyyətin və dövlətin maraqları

Qeyd edək ki, dövlət maraqları olmadan ictimai maraqlar reallaşa bilməz. Ona görə də bu iki anlayış bir-birini tamamlayır və aralarındakı balansın qorunması həm dövlətin, həm də cəmiyyətin sabitliyini müəyyən edir. İctimai və dövlət maraqlarının müdafiəsi təkcə dövlət orqanlarının işi deyil. Hər bir vətəndaş bu prosesin iştirakçısıdır. Məsələn, qanuna hörmətlə yanaşmaq, ictimai mülkiyyəti qorumaq, informasiya məkanında yalan və təxribat xarakterli xəbərlərə qarşı ayıq olmaq - bunların hər biri dövlət maraqlarının müdafiəsi üçün real töhfədir.

İnformasiya təhlükəsizliyi və milli maraqlar

Mövzuya aid fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu gün ictimai və dövlət maraqlarının müdafiəsində informasiya təhlükəsizliyi xüsusi önəm kəsb edir: “Sosial media platformalarında yayılan hər yanlış məlumat, hər manipulyativ xəbər ictimai fikri çaşdıra, dövlətin imicinə xələl gətirə bilər. Ona görə də hər bir vətəndaş informasiya paylaşarkən məsuliyyətli olmalı, məlumatın mənbəyini yoxlamalı və dövlətin informasiya siyasətinə hörmətlə yanaşmalıdır.

Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atır. Qanunvericilikdə media etikası, kiber təhlükəsizlik, milli informasiya məkanı kimi məsələlərə ciddi yer ayrılıb. Lakin bu tədbirlərin səmərəsi yalnız vətəndaşların aktiv mövqeyi ilə mümkün olur”.

Dövlət maraqlarının qorunması sabitliyin təminatıdır

C.Məmmədov qeyd edib ki, dövlət maraqlarının müdafiəsi əslində, dövlət müstəqilliyinin müdafiəsidir: “Bu, iqtisadi sabitlikdən tutmuş milli təhlükəsizliyə, xarici siyasətdən daxili ictimai asayişə qədər geniş bir sahəni əhatə edir. Azərbaycan kimi strateji mövqedə yerləşən bir ölkə üçün bu məsələ xüsusilə önəmlidir. Qlobal miqyasda baş verən siyasi və iqtisadi proseslər, regional qarşıdurmalar və informasiya təhdidləri fonunda dövlətin maraqlarını qorumaq həm diplomatik səviyyədə, həm də ictimai şüurda prioritet olmalıdır. Ümumiyyətlə, ictimai və dövlət maraqlarının müdafiəsi yalnız hüquqi məsələ deyil, həm də mənəvi borcdur. Hər bir vətəndaş bu müdafiənin bir parçasıdır. Dövlətin uğuru, cəmiyyətin rifahı və sabitliyi məhz bu birliyə, qarşılıqlı inama və məsuliyyət hissinə bağlıdır”.

İctimai maraq və rəy özünü doğrultmasa...

Deputatın sözlərinə görə, dövlətin mənafeyindən çıxış etmək, şəxsi münasibətləri kənara qoyub, ictimai maraqlara üz tutmaq, hər bir Azərbaycan vətəndaşının borcudur: “Torpağı, vətəni, xalqı sevən hər bir kəs dövlət və ictimai maraqları üstün tutur və öz fəaliyyətini bu istiqamətdə qurur. Sözsüz ki, dövlət və ictimai maraqlar bir-biri ilə üst-üstə düşməlidir. Çünki dövlət maraqlarına məhz ictimaiyyət riayət etməlidir. İctimai maraq və rəy özünü doğrultmasa, bu zaman dövlət maraqlarını təmin etmək mümkün olmayacaq.

44 günlük müharibə və lokal antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycan dövlətinin maraqları xalqın ictimaiyyətin maraqlarıdır. Çünki bu, eyni mənafedir və dövlət də, ictimaiyyət də eyni məqsəd uğrunda mübarizəyə qoşuldu. Hər ikisi özünün tarixi qələbəsini çaldı. Bu gün ölkədə baş verən inkişaf iqtisadiyyatın yüksəlişi, beynəlxalq aləmdə əldə olunan naliyyətlər, Azərbaycanın ən mötəbər tədbirlərə ev sahibi olması, digər tərəfdən iqtisadi ticarət əlaqələrinin gündən-günə genişlənməsi, məhz dövlət maraqlarının xalq tərəfindən ictimaiyyət tərəfindən müdafiə olunmasının bir nəticəsidir. Çünki Azərbaycan dövləti, demokratik sivil bir dövlətdir. Bu, dövlətin möhkəmləndirilməsi və inkişafı xalqın birliyindən, eyni zamanda dövlətin öz xalqına inamından, etimadından qaynaqlanır”.

Sahib

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri